Şəhid ailələri “YAŞAT”a necə müraciət edəcək?

12:05 09-12-2020 | icon 563 | Gündəm
Şəhid ailələri “YAŞAT”a necə müraciət edəcək?

Ölkə başçısı tərəfindən Vətən müharibəsində şəhid olan əsgərlərin ailələri, hərbi əməliyyatlar nəticəsində yaralanan qazilərin sosial müdafiəsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılmasına qərar verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

 

O bildirib ki, bu Fondda eyni zamanda işğaldan azad olunmuş Azərbaycan torpaqlarında işləyərkən yaralanmış, həlak olmuş şəxslərin ailə üzvlərinin də sosial vəziyyətlərinə yardım da nəzərdə tutulub:

 

“Bu Fond tərəfindən sözügedən şəxslərin götürülən kreditlər və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin, təhsil xərclərinin ödənilməsi nəzərdə tutulur.

 

“YAŞAT” Fonduna fiziki və hüquqi şəxslər, iş adamları, xaricdə yaşayan soydaşlarımız və digər qanuni qurumlar dəstək məqsədilə vəsait köçürə bilərlər. Fonda köçürülən vəsaitlər elektron müraciətlər əsasında, prioritet istiqamətləri müəyyənləşdirərək, növbəlik prinsipi ilə istifadə ediləcək. Belə ki, elektron müraciətlər birmənalı olaraq Himayəçilik Şurası tərəfindən nəzərdən keçiriləcək və ümumi dəyərləndirmə şəklində qərar veriləcək.

 

Himayəçilik Şurası Fonda daxil olan vəsaitlərin şəffaf şəkildə hansı istiqamətlərə xərclənməsinə tam nəzarət edəcək. Cəmiyyət tərəfindən nəzarət və digər tədbirlərə ciddi önəm veriləcək”.

 

Ş.Ramaldanov onu da əlavə edib ki, “YAŞAT” Fonduna dəstək üçün kifayət qədər çox müraciətlər olacaq:

 

“Biz bunu müharibə zamanı gördük. Xalqımız orduya, əsgərlərə ruh yüksəkliyi məqsədilə əllərindən gələn yardımları edirdi. Cəmiyyətimizin bu mövzuda birliyinin şahidi olduq. Düşünürəm ki, bu cür xeyirxah məqsədlə yaradılan Fonda, şəhid ailələrinə, qazilərə dəstək üçün hər kəs aktiv iştirak nümayiş etdirəcək”.

 

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fərmanla Fondun vəsaitindən istifadə istiqamətləri də müəyyənləşib. Sənədə əsasən, vəsait şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər üzrə istifadə ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...