Ordumuzun məhv etdiyi texnikaların nümayişi necə baş tutacaq?
Möhtəşəm Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müsahibəsində daha bir maraqlı məqamı açıqlayıb.
“Bu yaxınlarda sosial şəbəklərdə ermənilərin birinci Qarabağ müharibəsində ələ keçirdikləri avtomobil nömrələrini divar boyu vurduqlarını göstərirdilər. Biz isə məhv etdiyimiz, dağıtdığımız avtomobil, texnika nömrələrindən nəhəng şəkildə “Qarabağ Azərbaycandır” yazısını nümayiş etdirəcəyik. Bununla yanaşı, bütün texnikaların ardıcıllıqla nümayişi olacaq”, - deyə A.Qurbani qeyd edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"