Qəhrəman Mayorumuz - AZƏR ƏZİZOV
O, hazırda Laçında yerləşən müdafiə xəttində xidmətdədir
Əzizov Azər Allahbagıš oğlu 1977-çi ildə Biləsuvar rayonunda anadan olub. 1984 cü ildə Biləsuvar rayon Nizami Gəncəvi adına 1 nömrəli orta məktəbin 1-ci sinifinə gedib. 9-cu sinifdən Cəmşid Naxçıvanski adına hərbi liseyin 1-ci kursuna qəbul olub. 1995-ci ildə oranı bitirib Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbinin 1-ci kursuna qəbul olunub və 1999-cu ildə oranı fərqlənmə ilə bitirib, Leytenant rütbəsi alıb.
Azər püşkatma yolu ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissələrin birində xidmətə başlayıb. Bir müddət xidmət etdikdən sonra rəhbərlikdən könüllü olaraq cəbhə bölgəsində xidmət etmək üçün göndərilməsini xahiş edib. Onun xahişini nəzərə alaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində xidmət etmək üçün göndərilir.
2002-ci il yanvar ayından Bakıda yerləşən N saylı hərbi hissələrin birinə köçürülüb. Qüsursuz xidmətinə və cəbhə bölgəsində göstərdiyi şücaətə görə birbaşa Kapitan rütbəsini alıb.
Vətən müharibəsi başlayan zaman Azər Təlim Tərbiyə Mərkəzində (TTM) xidmət edirdi. 27 sentyabrda başlanan Vətən müharibəsi xəbərini eşitdikdə könüllü olaraq cəbhəyə göndərilməsi üçün ərizə ilə müraciət edib. Onun xahişi rəhbərlik tərəfindən nəzərə alınıb və cəbhə bölgələrinin birində yerləşən N saylı hərbi hissəyə göndərilib.
Mayor Azər Əzizov Cəbrayıl və Qubadlı rayonlarının azad olunmasında gedən döyüşlərdə yaxından iştirak edib. Hal-hazırda Laçın rayonunda yerləşən müdafiə xəttində xidmət aparır.
Ailəlidir, 3 övladı var.
Cəsarət Pənahalıyev
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"