XTQ-nin tərkibində döyüşlərə qatılan qəhrəmanımız müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib.
Qarabağ müharibəsinin ən həlledici məqamlarından biri olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Y.Rəhimov özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb. Qəhrəmanımız döyüş meydanına geri dönərkən mühasirəyə düşüb. Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv edib. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.
Y.Rəhimov noyabrın 13-də Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilib.