Qarabağ sevdalı 18 yaşlı qəhrəman SƏLİM CABBAROV

11:38 17-12-2020 | icon 725 | Şəhidlər və şahidlər
Qarabağ sevdalı 18 yaşlı qəhrəman SƏLİM CABBAROV

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Axıska Türkü olan qəhrəman şəhidimiz Səlim Cabbarovdan yazdı.

 
 
Səlim Qulam oğlu Cabbarov 2002-ci  il  fevral  ayının  6-da Saatlı rayonunun Şirinbəy  kəndində  doğulub. 2008-ci  ildən  2019-cu  ilə  kimi  Şirinbəy kənd tam orta məktəbində təhsil alıb.
 
 
Səlim Cabbarov məktəbdə oxuduğu müddət ərzində intizamlı, çalışqan şagird olub, məktəbin ictimai işlərində fəal iştirak edib, şagird kollektivinin, müəllimlərinin sevimlisi olub.
 
 
Azərbaycanda yaşayan Axıska türkləri “Vətən” İctimai Birliyinin bölgə rəhbəri Mühiddin Xalilov soydaşı olan əziz şəhidimiz haqqında ürək sözlərini bizimlə bölüşdü:
 
“Hamımız onun vətənpərvər gənc olduğunu görürdük, bilirdik, qürur duyurduq. Səlim yuxarı sinifdə oxuyan zaman tez-tez sual verərdi ki, “müəllim  niyə torpaqlarımız işğal altındadır? Yaşı çatmasa da deyərdi ki, “müəllim, məni aparsalar, gedib işğalda olan torpaqlarımızın alınması üçün döyüşərəm. O, qorxmaz və vətənpərvər bir gənc idi; məktəb illərində idmana daha çox maraq göstərərək, güləş və təkbətək döyüş  növləri ilə məşğul olurdu.
 
Səlim Cabbarov oktyabrın 2-də Talış döyüşlərində şəhid olub.
Səlim böyüyüb boya-başa çatdığı Saatlı rayonu Şirinbəy kəndində  torpağa tapşırılıb.
Heç vaxt unutmayacağıq”!
 
 
Şəhidin anası Dəstə Cabbarova şəhid oğlundan söz düşüncə “Vətən sağ olsun! İki oğlum var, gərək olar, onlar da Vətən uğrunda döyüşər” deyir. Dəstə xanım oğulları ilə, biz də elə oğullar böyüdən ana ilə, belə nümunəvi ailələrlə, belə vətəndaşlarla qürur duyuruq!
 
 
Səlim Şirinbəy kəndinin Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olan ilk sakinidir.
 
O, öz yaşıdları, yeniyetmələr üçün bir vətənpərvərlik örnəyidir. O, adı kimi ömür sürüb: doğru-dürüst, inanılan, aqibəti yaxşı olan...
 
 
Şəhidimizin qanı yerdə qalmayıb. O, şəhid olduqdan sonrakı günlərdə silah yoldaşları daha da irəliləyib, Ordumuz Tarixi Zəfər qazanıb.
 
 
Səlim şəhid Milli Qəhrəmanımız İsgəndər Aznaurovun həyat və döyüş yolu ilə maraqlanarmış. Bugün iksinin də ruhu şaddır! Onların uğrunda şəhid olduğu torpaqlar azad olunub!
 
 
Şəhidlərimizin ruhuna duaçıyıq.
 
Vətən sağ olsun!
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...