“Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi hazırdır”
Ümumtəhsil müəssisələrində şagirdlərin birinci yarımilinin nəticələrinin hansı formada qiymətləndirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır.
Versus.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanaraq rəy və təkliflərin verilməsi məqsədilə aidiyyəti struktur bölmələrə və qurumlara təqdim olunub.
Yaxın zamanlarda bununla bağlı ətraflı məlumat veriləcək. /Trend/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"