“Məni və qızımı qardaşıma əmanət edib” - FOTO

14:41 18-12-2020 | icon 453 | Şəhidlər və şahidlər
“Məni və qızımı qardaşıma əmanət edib” - FOTO

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. 

 

Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Tağıyev Hüseyn Oqtay oğludur.

 

Şəhidin həyat yoldaşı Ayşən Tağıyeva bildirib ki, qəhrəmanın geridə altı aylıq qızı qalıb:

 

“H.Tağıyev 1991-ci ildə Bakı şəhərində doğulub. Əslən Qərbi azərbaycanlıdır. O, orta məktəbi bitirdikdən sonra Ağdamda hərbi xidmət keçib.  

 

Daha sonra daxili qoşunlarda işləməyə başlayıb. Sentyabrın 27-də XTQ kəşfiyyatçısı kimi döyüş bölgəsinə yollanıb.

 

Döyüş yoldaşlarının dediyinə görə, o, döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib”.

 

A.Tağıyeva vurğulayıb ki, şəhid sonuncu dəfə onun qardaşı ilə danışıb:

 

“Oktyabrın 4-də qardaşımla əlaqə saxlayıb. Məni və altı aylıq qızımızı ona tapşırıb. Son olaraq deyib ki, salamat qalın. Çətin əməliyyata gedirəm. Gedib dönməmək də var. Oktyabrın 5-də  döyüş əməliyyatından qayıdan zaman qəhrəmancasına həlak olub”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...