Hadrutla Füzuliyə bayraq sancıb, prezidentə məruzə edən ŞƏHİD

11:01 20-12-2020 | icon 736 | Şəhidlər və şahidlər
Hadrutla Füzuliyə bayraq sancıb, prezidentə məruzə edən ŞƏHİD
 

Şəhidin həyat yoldaşı: "Polad Həşimovun videolarına təkrar-təkrar baxıb ağlayırdı"

 

İbrahim Məmmədov 1985-ci ildə Şəkidə anadan olub. Orta təhsilini Şəkidə alıb. Sonrakı fəaliyyəti bütünlüklə hərb ilə bağlıdır. Xüsusi təyinatlı dəstənin giziri olaraq 2010-cu ildə Türkiyədə Birləşik Özəl Küvvet Egitimi və tərtibatında iştirak edib. Çoxsaylı hərbi tapşırıqların və kursların iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrininin 90-95-ci yubiley paradlarında da iştirakçı olub, dəfələrlə medallara, təltifnamələrə layiq görülüb. Ruhun şad olsun.

 
 
Versus.Az xəbər verir ki, İbrahim Məmmədov 2016-cı ildə Aprel Döyüşlərində xüsusi şücayəti ilə seçilib. İkinci Qarabağ Müharibəsində Füzulinin, Hadrutun, Cəbrayılın alınmasında xüsusi seçilib. Hadruta, Füzuliyə Azərbaycan bayrağını sancıb, bu torpaqları azad etməyimizi Prezidentə məruzə edib. İbrahim Laçında erməni snayperinə tuş gəlib...
 
 
Şəhidimizin həyat yoldaşı Sahila Yayanın danışdıqları:
 
 
"Ailə quranda hərbçi həyat yoldaşı olaraq hansı çətinliklərlə qarşılaşacağımı təxmin edirdim. Günlərlə, həftələrlə təlimlərdə olurdu. Amma evə gələndə işinin ağırlığını unudurdu. İşini evə gətirməzdi. Evdə olduqca qayğıkeş, gülərüz olurdu. O, çox yaxşı ata, həyat yoldaşı idi.
 
 
Aprel döyüşlərində vuruşduğunu televizordan öyrənmişdim. Adəti təlimə getdiyini düşünmüşdüm. Bircə həmişə hər şey ola bilər deyirdi. Onun üçün üzülməməyimizi istəyirdi. Şəhid olmağa o qədər hazır idi ki... Siz bilmirsiz, ermənilər Xocalıda bizim insanlarımızın başına nələr gətirib deyirdi. Onların qanını yerdə qoymamaq əsas həyat amalı idi. Polad Həşimov şəhid olanda təkcə o yox, bütün hərbçi yoldaşları sarsılmışdı. Qisas hissləri alovlanmışdı. Generalın videolarına təkrar-təkrar baxıb ağlayırdı.
 
Mənim səhhətimlə bağlı çətinliyim var idi. Həkimə get, sağlam ol, uşaqlarımıza sən baxacaqsan deyə bərk-bərk tapşırırdı. Oğlumuzun 11 yaşı var. O, hər şeyi başa düşür. 8 yaşlı qızım isə şəhid olmağın, ölməyin anlamını dərk etmir. Elə bilir cənnət şəhər kimi yerdi, atası da ordadı, o, bizi görür və bir gün çıxıb gələcək. Onun yolunu gözləyir. Yoldaşım qızımızı xüsusi sevirdi. Ailəsini çox sevirdi. Amma Vətəni ailəsindən daha çox sevirdi. Mən həmişə bunu bilmişəm. Onun yoxluğuna dözmək çox çətindi. Lakin onun seçimi ilə, zəfərimizlə təsəlli taparaq yaşamağı öyrənirik. Vətən sağ olsun!"
 
 
 
 
Tamara Maxmudova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...