Şair ruhlu Şəhid – RASİM ABDULLAYEV

20:05 20-12-2020 | icon 3301 | Şəhidlər və şahidlər
Şair ruhlu Şəhid – RASİM ABDULLAYEV

Şair ruhlu şəhidimiz, polkovnik-leytenant Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.

 

Versus.Az xəbər verir ki, Rasim Abdullayev 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olub. Döyüş zamanı xeyli yaralı hərbçini döyüş meydanından çıxarıb.

 

Məlum olduğu kimi, ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibəyə əks-hücumla cavab verərək işğal altında olan ərazilərimizin azadlığına qalxdı. Bu Vətən müharibəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

 

Polkovnik-leytenant Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı. Prezident İlham Əliyevin 15.12.2020 il tarixli sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

Rasim Abdullayev şeir yazmağı çox sevərdi. Onun müxtəlif mövzuda 100-dən çox şeiri var. Şeirlərində kədər, həsrət hiss olunan şəhidimizin Ruhuna ehtiramla şeirlərindən birini təqdim edirik.

 

Bu da yol ayrıcı, bu da son Vida…
İndi günəş soyuyacaq, tələsmə!
Ayrılıq gələcək əlində qılınc,
Bizi qana boyuyacaq, tələsmə!.

 

Bir yer boş qalacaq burada bizsiz,
Arzular, ümidlər itəcək izsiz,
Eşqimiz susacaq səssiz, səmirsiz,
Körpə kimi uyuyacaq, tələsmə!

 

Həyat məni məngənədə əzdirib,
Ağrıları ürəyimdə gəzdirib,
Çox deyirdin fikir məni bezdirib
İndi gözün quruyacaq, tələsmə!...

 

Rasim gözlərinə görünməyəcək,
Bu həsrət heç kimlə bölünməyəcək,
Xatirəm beynindən silinməyəcək,
Bir gün səni qınıyacaq, tələcmə!..

 

Ruhun şad olsun, Şəhidim. Vətən var olsun.

 

 

Əvəz Abdullayev
/Şəhidin qardaşı/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...