Bədənində 79 qəlpə gəzdirən qazimiz - FOTO

20:16 20-12-2020 | icon 464 | Müharibə
Bədənində 79 qəlpə gəzdirən qazimiz - FOTO

Vətən Müharibəsinin qəhrəmanlarından biri də Balakən rayonunun Qazma kəndində anadan olmuş Hacı Muradovdur.

 

31 yaşlı Hacı ixtisasca tarix müəllimidir. O, öz ixtisası üzrə deyil, hərbçi kimi fəaliyyət göstərməyə, vətənin keşiyində dayanmağa üstünlük verib.

 

44 günlük İkinci Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb. Sentyabrın 27-dən Kəlbəcər istiqamətindəki döyüşlərdə iştirak edən Hacı Muradov oktyabrın 1-də başından yaralanıb, buna baxmayaraq, döyüşə davam edib.

 

Cəmi bir gün sonra, okyabrın 2-də qolundan snayper gülləsi ilə yaralanıb. Döyüşçü yoldaşları onu savaş bölgəsindən çıxararaq hospitala yerləşdiriblər. İlkin cərrahi əməliyyat zamanı igidimizin başından 7 sm uzunluğunda qəlpə çıxarılıb.

 

Hazırda qazimizin bədənində 79 qəlpə var, riskli yerlərdə olduğu üçün çıxarılmayıb. O, ev şəraitində müalicəsini davam etdirir.

 

Qeyd edək ki, qəhrəmanımızın iki qız övladı var. Hacının rütbəcə mayor olan hərbçi qardaşı da İkinci Vətən Müharibəsinin Qəhrəmanlarındandır.

 

Bir neçə gün öncə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...