Vətən Müharibəsinin qalib əsgəri - FOTO

10:14 21-12-2020 | icon 852 | Müharibə
Vətən Müharibəsinin qalib əsgəri - FOTO

“Ermənilərin siçovul kimi qazdıqları tunellər özlərinə məzar oldu”

 

27 sentyabrda başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın haqq səsinin ən çox ucaldığı, milyonların ürəyinin bir döyündüyü tarixi savaş idi. Vətən Müharibəsi nəticəsində Azərbaycan şanlı qələbə qazandı.

 

Müharibədə iştirak edənlərdən biri Qasım İbrahimovdur. 

 

O, döyüşlərə könüllü olaraq yazılıb:

“Tovuz hadisələri məni könüllü olaraq orduya yazılmağa sövq etdi. Sentyabr ayında hərbi təlim məşqlərinə çağırıldım. Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-si səhər saatlarından uğurlu əks-hücum əməliyyatlarına başladı.

 

 

Bizim döyüş mövqeylərimiz isə Xocavənd və Ağdam rayonları istiqamətində idi. Bütün əsgərlərimiz bir amala bağlı, ağrı və qorxu bilmədən, arxaya baxmadan 44 gün boyunca savaşdı.

 

İkinci Qarabağ Müharibəsində vandalizmin, mülki əhali qətlinin və ən əsası, müharibə cinayətlərinin qanunauyğunsuzluqlarının əsl səbəbkarı olan Ermənistanın payına düşürdü.

 

Aldığı layiqli cavab savaşda səriştəsiz düşməni barbar addımlar atmağa, mülkü əhalini hədəf almağa yönəltdi. Gəncə hadisələri bu vəhşiliyin pik nöqtəsi idi. Amma dünya yenə də susdu.

 

Onlar susduqca biz daha böyük intiqam hissi ilə irəli atıldıq, hadisələr düşünüldüyündən sürətli irəliləyirdi və qəribəsi o idi ki, o günlər komfort zonadan uzaq, soyuq və qorxunun yad olduğu bir şəkildə, yuxusuz olmağın belə əhəmiyyət kəsb etmədiyinin necəliyini müqayisə edəndə, sadəcə, ağlımıza gələn ailəsini, evlərini itirən, müharibə cinayətinin qurbanı olan Gəncə, Bərdə, Tərtər və müharibə zonasından yüzlərlə kilometr uzaqlıqda yaşayan günahsız mülki vətəndaşlarımızı və yaxın keçmişi, Xocalını, Şuşanı, bizi gözləyən Qarabağı xatırlamaq kifayət edirdi.

 

 

Bu savaş təkcə soyuq səngərdə deyil, informasiya cəbhəsində getdi. Bir gün ərzində bir milyon insan  #PRAYFORGANDJA həştəqi ilə paylaşım etdi. Azərbaycan ordusu isə bu qətliamın qisasını döyüş meydanında, legitim formada aldı. Baxsalar da, görməyənlərə bu qələbələr daha bir dağ oldu.

 

Sadəcə, 30 gün ərzində dörd şəhər, üç qəsəbə, Murov dağı yüksəkliyi, 165 kənd və tvitlərə sığmayan qələbələr... İllərlə siçovul kimi qazılan tunellərdə gizlənən erməni ordusu məğlubiyyətə, o tunelləri özlərinə qəbr etməyə məhkum idi... Bu, əvəzsiz bir hissdir.  Qarşıya atılan hər addımın əsarətdən xilas olan vətən torpağı olması hissi heç bir hisslə müqayisəyə gəlmir.

 

 

Bir qarış torpaq uğrunda şəhidliyi gözüyumulu seçən igidlərlə çiyin-çiyinə getmək, vətənə çevrilmək, torpağa çevrilmək, Azərbaycan olmaq idi bu. Bu insanlıqdan daha ali bir zirvədir. 44 gün ərzində hər bir Azərbaycan əsgəri bir ananın, bir atanın deyil, bütün xalqın övladı oldu.

 

Əsgərə ayrılan diqqət, qazi və şəhid ailələrinə göstərilən qayğı, qələbənin eyforiyasına qapılmadan hər şeyin mükəmməl və detallı şəkildə edilməsi, həkimlərimizin göstərdiyi şücaətlər və sadalamadığımız sonsuz mükəmməliyyətlərimiz... Sadəcə, fəxr edirəm, bu orduya, bu ölkəyə və bu xalqa İkinci Qarabağ Müharibəsində iştirak edib, xidmət etdiyim üçün, hansı ki hərbi xidmət illərim də “Aprel hadisələri” vaxtlarına təsadüf etmişdi”.

 

 

Mübarizəmiz hələ də bitibmi?

Xeyr! Bitməyib, bundan sonra alınan torpaqlarımızın möhkəmlənməsi, vandalizmin, tarixi abidələrimizin məhvedilməsinin, milyonlarla kitabların, məscidlərimizin, flora və faunamızın məhv edilməsi faktlarını dünya ictimaiyyətinə tanıtmaq əsas amalımız olmalıdır!

 

Heç uzağa getmədən sizə qısa bir keçmişə, öz təcrübəmdə yaşadığım bir hadisəni misal çəkmək istəyirəm. Ötən il Brüsseldə, Avropa Parlamentində Frank Schwalba-Hoth-un təcrübəçi assistantlığını etdiyim zaman ermənilərin bir tədbiri olacaqdı və mən də qatıldım.

 

 

Üç saat davam edən tədbir boyu təxribat aparırdılar. Tədbirin maliyyə xərclərini erməni milyonçu Kaspar Karapetyan qarşılamışdı və bir çox erməni siyasətçi ilə yanaşı, milyonçunun özü və Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün bir müddət Azərbaycanda həbsdə olmuş bloqçu Aleksandr Lapşin də orada idi. Tədbirin sonunda sual vermək şansı yarandığından, mən də sualımı ünvanladım. Mənim azərbaycanlı olduğumu bilmədiklərindən, bu, onlar üçün gözlənilməz oldu.

 

 

Sual verdim ki, siz “armenefobiya” haqqında danışırsınız, amma Ermənistanda uşaqlar türklərə və azərbaycanlılara qarşı nifrətlə böyüdülür. 25 il əvvəl sizin silahlı qüvvələriniz tərəfindən törədilən zorakılıqları unutmusunuz, buna baxmayaraq, 100 il əvvəlki qondarma hadisəni “erməni soyqırımı” adı ilə dünyaya sırımağa çalışırsınız.

 

Bu cür siyasət “fobiya” məsələsini qızışdırır, lakin “türkofobiya”nı. Sizcə, bu, “armenefobiya”nın əsl səbəblərindən biri ola bilərmi?  Lakin sualdan yayındılar və ilk bir dəqiqə səssizlik, zalın arxaya dönüb üzümə baxması, sonra isə tutarsız, boş bir cavab, cavab belə adlandırmaq olmazdı.

 

Mübarizəmiz bitməyib, bütün dünyaya, eləcə də, siyasi arenaya gerçəkləri çatdırmaqdan qaçmamalı, 44 günlük böyük qələbə tariximizi, erməni vandalizmini, müharibə cinayətlərini, mülki əhaliyə edilən qanunsuz və alçaqca hücumları, Qarabağ həqiqətlərini göstərməliyik!

 

Böyüklərdən körpə uşağa qədər hər kəs “Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida kimi həyəcanlı, qətiyyətli, kəskin idi. Bu qətiyyət bizi qalib etdi. Amma müharibənin bitdiyini demək olmaz. Əslində, müharibə elə indi başlayır.

 

 

BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəalar yer alıb. Bu, bizim hüquq müstəvisindəki nailiyyətimizdir, ancaq hələ heç nə bitməyib.

 

 

Vətən sevgisi ilə silaha sarılan gənclər bu gün çalışdıqları yerdə, tutduqları vəzifədə əsgər olacaqlar. Müharibə daha bir platformada informasiya cəbhəsində davam edir. Çünki illərdir erməni vandalizminin əsiri olan torpaqlarımızda daş daş üstündə qalmayıb.

Qarabağ Azərbaycandır!” /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...