Füzuli döyüşlərində Şəhidlik zirvəsinə ucaldı
Şəhid Kənan Müzəffərli 1995-ci il dekabrın 22-də Gədəbəyin Çalburun kəndində dünyaya göz açıb. 2002-ci ildə Çalburun məktəbinə daxil olub.
Kənan hələ məktəb vaxtlarında cəsurluğu, qorxmazlığı və vətənpərvərliyinə görə həmyaşıdlarından fərqlənib.
O, 2013-cü ildə oxuduğu məktəbi bitirərək, 492 balla Bakı Dövlət Universitetinin Sumqayıt Filialı Azərbaycan dili Ədəbiyyat müəllimliyinə daxil olub və 2017-ci ildə həmin universiteti bitirib. Elə həmin ildə də hərbi xidmətə yollanıb. 2018-ci ildə hərbi xidməti başa vurub.
Kənan 2019-cu ildə Dəyqarabulaq kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi çalışıb. Onun vətən sevgisi o qədər böyük idi ki, İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq hərbi xidmətə gedib.
Kənan Qarabağın azad olunması uğrunda öz əsgər yoldaşları ilə birliktə düşmənə dağıdıcı zərbələr endirib.
Kənan Müzəffərli oktyabrın 27-də Füzulidə gedən döyüşlərin birində erməni vandallarının snayperinə tuş gəlir...
Şəhidlik zirvəsinə ucalan Kənan Müzəffərli və onun kimi digər şəhidlərimizə əbədi olaraq borcluyuq.
Aynur Eyyubova, Aysu Eyyubova
/Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin 8c sinif şagirdləri/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"