Balakənli daha bir qəhrəman döyüşçümüz
İkinci Qarabağ müharibəsində şücaət göstərən igidimizlə tanış olun - Alqayev Kənan Mübariz oğlu.
Vətən Müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri olan Kənan Alqayev 1998-ci il iyunun 17-də Balakən rayonunun Katex kəndində dunyaya göz açıb. O, hərbi xidmətini 2016-2018-ci illərdə başa vurub.
Kənan 2020-ci ilin 27 sentyabrında yenidən könüllü kimi Azərbaycanın işğaıda olan əraziləri uğrunda döyüşə gedib. O, ən qızğın döyüş bölgələrində - Goranboy, Tərtər, Suqovuşan və Laçında döyüşüb.
Döyüşlərdə böyük şücaətlər göstərən qəhrəmanımız hazırda Laçındadır, vətənin keşiyindədir.
Azərbaycan xalqı mərd oğulları ilə fəxr edir!
Məlahət Maamıyeva
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"