BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

14:26 24-12-2020 | icon 427 | Təhsil
BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

Bakı Ali Neft Məktəbinin (BANM) 2 startap layihəsi VI Çin Beynəlxalq “İnternet+ İnnovasiya və Sahibkarlıq” müsabiqəsində əsas mükafatlara layiq görülüb. Belə ki, beynəlxalq yarışda 3291 layihə arasından BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsi gümüş və “Climasel” startap layihəsi isə bürünc mükafatı qazanıb. 

 

2015-ci ildən Çin Təhsil Nazirliyinin ev sahibliyi ilə keçirilən müsabiqədə 124 ölkədən təxminən 4000 kollec və universitet təmsil olunur.  Bu il seçilən 3291 beynəlxalq startap layihəsindən 37-si qızıl, 71-i gümüş və 287-si isə bürünc mükafata layiq görülüb.

 

Finalda yarışan Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsində Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Afaq Həşimova və Natiq Babayev, “Climasel” layihəsində isə Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Kafyə Abzərova və Zaur İmaməliyev iştirak ediblər. 

 

“Biofactant” layihəsinin əsas məqsədi işlənmiş bitki yağlarından sintez yolu ilə ekoloji təmiz səthi aktiv maddələrin alınmasıdır. “Climasel” layihəsi isə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

 

Qeyd edək ki, hər iki layihənin inkişafına BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Farad Kamyabi və mütəxəssisi Elmar Əsgərzadə rəhbərlik edir. Layihələrin elmi məsləhətçisi Kimya Mühəndisliyi kafedrasının müdiri Əmir Rza Vəxşuridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...