Tahir də ölümün gözünə dik baxaraq, Vətən yaşatdı

22:38 25-12-2020 | icon 1129 | Şəhidlər və şahidlər
Tahir də ölümün gözünə dik baxaraq, Vətən yaşatdı

Məqamın qarşısında baş əyirəm, igidim

 

Adı hər zaman çəkildikdə Vətən yada düşəcək Xarı bülbülün əfsanələşən və hər biri özlüyündə bir böyük Vətən yaradan 2783 qəhrəmanlarından biri haqqında danışmaq istəyirəm - Tahir Mahir oğlu Əliyev haqqında.

 

Tahir 2001-ci ilin 20 iyulunda Maştağa qəsəbəsində anadan olub və elə həmin qəsəbədə yerləşən 293 saylı orta məktəbdə təhsil alıb. Ali təhsil almaq arzusunun çox böyük olmasına baxmayaraq Tahir ailəyə kömək etmək üçün oxumağı deyil, işləməyi seçir və ailəsinin dayağı olur. O, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Atası Mahir bəy Tahirin hərbi xidmətə çağrılmazdan əvvəl dediklərindən danışıraq deyir ki, elə bil hər şeyi əvvəlcədən hiss edirdi. Əsgərliyə getməzdən bir neçə ay əvvəl deyirdi ki: "Ata, bax, görərsən, mən Gəncəyə düşəcəyəm. Murovda xidmət edəycəm. Şəhid olacağam". Dediyi kimi də oldu...

 

Gəncədə N saylı hərbi hissədə xidmət göstərən Tahir, Vətən müharibəmiz başlandıqda cəbhəyə ilk getməyə yazılan əsgərlərdən olur. O, Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığı ilə seçilir.

 

Qəhrəmanlar anadan qəhrəman doğulmur. Onları zaman yetişdirir, mühit formalaşdırır. Vətən tarixi yazan igidlərimizin sonradan olacaqları dilə gətirməsi bəlkə də onların alınlarına yazılmış müqəddəs yazını bilməıərindən irəli gəlirdi. Axı, Şəhid yeganə şəxsdir ki, həyatı kimi ölümünü də özü seçir, ölüm ona gəlmədən, o ölümə tərəf gedir. Tahir də ölümün gözünə dik baxaraq, Vətən yaşatdı.

 

Şəhidimizin döyüş yolundan danışan kapitan Asim Quliyev onun cəsarətindən, mərdlik və qəhrəmanlığından fəxarətlə söhbət açır: - "Tahir hər zaman öndə olmağı sevirdi. Çox səmimi və istiqanlı oğlan idi. Döyüş tapşırığını bacarıqlı əsgər kimi yerinə yetirən Tahir və digər bütün Şəhidlərimiz hər zaman bizim qəlbimizdə yaşayacaq".

 

Azərbaycan tarixində qalibiyyət səifəsi yazan Şəhidlərimizn müqəddəsliyi və ucalığını ifadə etmək nə üçün seçilən və deyilən bütün sözlər onların məqamı qarşısında çox zəif görünər. Çünki Şəhid yeganə bəndədir ki, sanki elə şəhid doğulur və öz məqamına layiq həyat tərzi sürür. Balacalıqdan dəcəl, lakin şirin bir uşaq olmuş oğlu haqqında Ruhiyyə xanım gülümsəyərək danışır, atdığı hər addımın, dediyi hər kəlmənin bir an da belə olsa gözünün önündən getmədiyini söyləyir. Tahir hərbi xidmətə gedərkən anasını bərk-bərk qucaqlayaraq demişdi: - Ana, " Şəhid olsam ağlama". Ruhiyyə xanım da oğlunun qəhrəmanlığı müqabilində ağlamağı zəiflik sayır və: "Axı, o mənim üçün hər zaman yaşayır" - deyir.

 

Min bir arzu və diləklə sevdiyinin evinə gəlin köçməyi arzulayan Şahnaz onun evinə Tahirlə son dəfə görüşmək üçün gəlir: "Hər yerdən onun ətri gəlirdi. Və həmin ətir heç vaxt unutmayacağım bir ətirdir". "O mənim üçün hər şeydir" deyən - gənc qız: "İndi o ən uca yerdədir və ona da elə bu yaraşardı" - deyərək hər zaman Tahirlə fəxr edəcəyini söyləyir.

 

Qardaşı ilə balacalıqdan qürur duyduğunu söyləyən Tahirin bacısı Fəridə isə onun dinə bağlılığından söhbət açır: "Tahir bizdən gizlin namaz da qılırdı. Bilmirəm niyə, amma ibadətini gizlədirdi. Namazlarını həmişə vaxtında məsciddə qılırdı. Əsgər gedəndən sonra oruc da tuturdu".

 

Azyaşlı balaca qəhrəman Füzuli uğrunda gedən döyüşlərdə Şəhadətə yüksələn Tahir Vətənə oğul olaraq, Azərbaycan tarixinə adını əbədi yazdı.

 

Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Şəhid Tahir Əliyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Məqamın qarşısında baş əyirəm, igidim.

 

 

Mehriban Sadıqova
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...