Şəhid Türkman Məmmədovun möhtəşəm döyüş yolu - FOTO
Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan əsgərlərimizdən biri də Gədəbəy rayonu Hacılar kənd sakini Məmmədov Türkman Yolçu oğludur.
Türkman 1998-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. İlk Təhsilini 22 saylı Cəbrayıl rayonunun Sabunçu rayonunda yerləşən qaçqın məktəbində almışdır. Daha sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən 17 saylı Texniki peşə məktəbində davam etdirmişdir. Oranı əla qiymətlərlə bitirib Gədəbəy rayonu hərbi səfərbərlik idarəsindən hərbi xidmətə çağırılmış" N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan Türkman, Füzuli -Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə döyüşmüş, yüzlərlə erməni separatçılarını məhv etmiş, yüzlərlə yaralının həyatını xilas etmişdi.
27 oktyabr 2020- ci il əsgər yoldaşı, dostunun qayıtmamasını görüb komandirindən xahiş edir ki,onun axtarışına o da getsin. Bir neçə yaralını xilas edir. Sonuncu dəfə yaralını xilas etmək istəyəndə erməni separatçılarının top, raket atəşinə məruz qalır və ağır yaralanır. Türkman Yolcu oğlu Məmmədov Füzuli- Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Azərbaycan respublikasının Ali Baş Komandanı, Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Türkman Yolçu oğlu Məmmədov "VƏTƏN UĞURUNDA "və "FÜZULİ"medalı ilə təltif olundu (ölümündən sonra) Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhları qarşısında baş əyirik !
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"