Özünə yubiley keçirən məktəb direktoru vəzifəsindən azad edildi

15:06 28-12-2020 | icon 330 | Təhsil
Özünə yubiley keçirən məktəb direktoru vəzifəsindən azad edildi

“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Bakı şəhər 187 saylı məktəbin direktoru vəzifəsindən azad olunan Nailə Məmmədova bildirib.

 

Onun sözlərinə görə, işdən çıxmaqla bağlı ərizəni bir neçə gün əvvəl yazıb.

 

Qeyd edək ki, N.Məmmədova Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.

 

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günü məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.

 

Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Dekabrın 28-də Təhsil nazirinin müvafiq əmri ilə N.Məmmədova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...