ANAMA-dan növbəti antiterror əməliyyatı - FOTO

11:13 31-12-2020 | icon 456 | Müharibə
ANAMA-dan növbəti antiterror əməliyyatı - FOTO

Zəngilanda 275 kq plastik partlayıcı maddə zərərsizləşdirildi

 

2020-ci ilin 30 dekabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə xüsusi partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.

 

Versus.Az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

 

Bildirilib ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə göndərilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vaxtilə nəzərdə tutulmuş təxribatın qarşısının alınması məqsədilə Agentliyin mütəxəssisləri Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə kənd ərazisində xüsusi antiterror əməliyyatı həyata keçiriblər.

 

Xüsusi əməliyyat nəticəsində körpünün altına yerləşdirilmiş 1 ədəd partlayıcı qurğu (tərkibi: 80 kq plastik partlayıcı maddə, 2 ədəd elektrik detonatoru və 20 m detonasiya qaytanı) və qayalıq əraziyə yerləşdirilən 1 ədəd digər partlayıcı qurğu (tərkibi: 37 kq plastik partlayıcı maddə, 25 kq amonium-nitrat tərkibli partlayıcı, 2 ədəd elektrik detonatoru və 15 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

 

Ümumiyyətlə, 2020-ci ilin 29-30 dekabr tarixlərində Agentliyə daxil olmuş məlumatlar əsasında Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində həyata keçirilmiş xüsusi antiterror əməliyyatları zamanı düşmən tərəfindən 2 körpünün altına və qayalıq əraziyə yerləşdirilmiş 3 ədəd partlayıcı qurğu (tərkibi: 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı, 8 ədəd elektrik detonatoru və 65 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

 

Düşmən işğalından azad olunmuş rayonlarda Agentliyin xüsusi mobil əməliyyat qrupları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...