QARABAĞ NİCATIna çatdıran NİCAT

10:53 01-01-2021 | icon 2155 | Şəhidlər və şahidlər
QARABAĞ NİCATIna çatdıran NİCAT

“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması uğrunda”, “Füzulinin azad olması uğrunda” medalları ilə təltif edilib

 

Böyük Vətən müharibəsinin igid oğlu 19 yaşlı Mustafayev Nicat Bəkir oğlu Binəqədi rayonunun, Binəqədi qəsəbəsində yaşayırdı. Əslən Qərbi Azərbaycandan olan şəhidimiz yeddi yaşından güləş ilə məşğul olub. Gürcüstan güləş üzrə keçirilən yarışlarda iştirak edərək, daima ilk üç pillədə qərarlaşıb. Nicat Binəqədi qəsəbəsində Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə 9 illik təhsilini tamamlayaraq, Azərbaycan Dəmiryol liseyinə qəbul olub. Oranı bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. Elə burada da Xüsusi Təyinatlı Qüvvələrə seçilməyi bacarıb. Mustafayev Nicat kəşfiyyatçı-pulemyotçu idi.

 

XTQ əsgərlərinin - döyüş yoldaşlarının Nicat haqqında xatirələrindən:

“Onu çox istəyirdik. Mehriban, istiqanlı, sadiq, canıyanan – belə oğlan idi, Mustafayev. Biz adi gündə də, təlimdə də həmişə bir yerdə olurduq. İkimiz də eyni vaxtda hərbi xidmətə çağrılmışdıq. Çox yaxın olmağımıza baxmayaraq bir dəfə aramız möhkəm dəydi. Ad günüm idi, amma biz danışmırdıq. Heç gözləmirdim amma bir də eşitdim ki, Mustafayev məni çağırır. Dedim mənimlə danışmırsan, niyə çağırırsan axı? Mənə əlini uzadıb, “səni təbrik edirəm” - dedi. Uşaqlarla ad günümə sürpriz də hazırlamışdılar. Tək mənim yox, hamının ad günündə Mustafayev sürpriz edirdi. Təlimlərdən sonra da həmişə söhbət edər, gələcək planlarımızdan danışardıq. Hərbi xidmətdə qalmağı planlamışdıq. Böyük Vətən Müharibəsi başlamamışdan əvvəldə yenə təlimdə idik. Təlimdən sonra gecəni səngər qazıb, orada keçirdik. Yatmazdan əvvəl söhbət edəndə, anidən Mustafayev mənə baxıb dedi: - “Mən şəhid olacam, sən isə çiynindən yaralanacaqsan”. Heç nə olmayacaq, hər şey yaxşı olacaq dedim. Amma indi başa düşürəm ki, ona da hər bir şəhidimiz kimi şəhadətə qovuşacağı öncədən əyan olub. Səhəri də döyüşə deyə-gülə getdik, elə bil döyüşə yox toy-bayrama gedirdik. O, piyada əleyhinə əsas silahı idarə edirdi. Ağır döyüşlərimiz oldu. Mustafayevlə Murovdağ, Cəbrayıl, Füzuli istiqamətlərində bir yerdə döyüşmüşük. Döyüş gedirdi, güllələr də elə yağırdı ki, elə bil dolu yağır. Biz bir-birimizdən aralı idik. Düşməni qovandan sonra yaralılarımızın və Mustafayevin şəhid olduğunu bildik. Bütün taqım ağlayırdı. Böyründən dəyən güllə ilə elə yerindəcə şəhadətə qovuşdu. Maşında yaralı və şəhidlərimizi aparanda aldığım yaranın təsirindən huşumu bir anlıq itirdim, özümə gələndə isə gördüm ki, üzümü Nicatın üzünə qoymuşam.Son günə kimi üçümüz düşünürdük ki, qayıdanda bir yerdə işləyərik, bir iş görərik, bir-birimizin toyunda iştirak edərik. Amma qismət olmadı. Döyüşlərdə Mustafayevin dediyi kimi çiynimdən qəlpə yarası aldım. O deyən düz oldu, o ən yüksək zirvəyə - şəhidlik zirvəsinə yüksəldi, mən isə yaralandım, mənə şəhidlik nəsib olmadı. Bilirsiz, şəhidlər yuyulmur, çünki İmam Hüseyn yuyulmayıb. Torpaq su ilə qarışanda palçıq olur, qan ilə qarışanda Vətən. Mustafayevin yarasının üstünü də torpaq örtmüşdü, nə palçıq vardı, nə bir şey".

 

Digər XTQ döyüş yoldaşı:

"Qardaşı Mustafayevi mənə tapşırmışdı. Dedi: “Sən ondan böyüksən, sənə əmanətdir Nicat”. Qoruya bilmədim, əmanətini. Amma fəxr olunası oğuldur, igid, qorxmaz. Hamımız onunla fəxr edirik. Oktyabrın 5-i  günorta 4-də vuruldu. Onun yatdığı yerə bayraq qoymuşuq, nəinki onun bütün şəhidlərimizin. Heç kim o yerdə yatmır. Ruhu şad olsun, igid oğul idi. Bütün şəhidlərimizin ruhu şad olsun, onların qisası alındı. Mustafayev kimi bütün şəhidlərimiz ürəyimizdə yaşayacaqlar".

 

Şəhid kəşfiyyatçı əsgər Mustafayev Nicat Bəkir oğlu – Ali Baş komandanın sərəncamı ilə Böyük Vətən müharibəsində göstərdiyi xidmətə görə - “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması uğrunda” və “Füzulinin azad olması uğrunda” medalları ilə təltif edilib. Yaşadığı məhəllədə Nicatın adına bulaq da inşa edilib.

Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Pərvin Əşari
/Xırdalan 7 nömrəli tam orta məktəbin müəllimi/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür