Azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

10:46 02-01-2021 | icon 361 | Təhsil
Azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb.

 

Xədicənin atası İmamverdi İbrahimov müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb:

 

“Həyat yoldaşım da, mən də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişik. 2005-ci ildən ABŞ-da yaşayırıq. İki övladım var - Xədicə və Dəniz. Xədicə 2006-cı ildə Vircinyada doğulub. Hazırda doqquzuncu sinif şagirdidir. Dəniz isə birinci sinfə gedir.

 

Xədicə hələ beş yaşından məktəbdə oxumağa başladı. Hazırda riyaziyyat və ingilis dili üzrə xüsusi istedadlı uşaqlardan ibarət proqram üzrə təhsil alır”.

 

O qeyd edib ki, ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdlər üçün müəyyən olunmuş mükafat Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında verilir:

 

“Sevinirəm ki, övladım məhdud sayda şagirdin layiq görüldüyü ABŞ Prezidentinin mükafatını aldı. Mükafat Xədicəyə Prezident Trampın və Təhsil nazirinin adından təqdim edildi. Xədicə bu günə qədər məktəbdə müxtəlif nominasiyalar üzrə onlarla mükafata layiq görülüb. Ancaq Donald Trampın imzası ilə verilən bu mükafat onun bütün təhsil uğurlarının zirvəsi oldu”.

 

Məktəbin direktoru bu münasibətlə ailəyə zəng edərək onları təbrik edib:

 

“Onlar bu naliyyətə bizim qədər sevinirlər. Çünki Xədicənin uğuru onun təhsil aldığı məktəbin də nailiyyətidir”.

 

İmamverdi İbrahimov deyib ki, Xədicə ABŞ-da doğulsa da, Azərbaycan dilini mükəmməl bilir və arzusu Qarabağa getməkdir:

 

“Biz evdə Azərbaycan dilində danışırıq. Çalışıram ki, övladlarım vətənpərvər ruhda böyüsünlər, düşmənləri, dostları yaxşı tanısınlar.

 

Övladlarım Azərbaycanın dünəni, bu günü, tarixi haqda məlumatlıdılar. 44 günlük Vətən Müharibəsində mənə Qarabağ haqqında çox suallar verdilər və onları məlumatlandırdım”. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...