Qol saatını anasına göndərən Şəhid əsgər - FOTO

11:01 02-01-2021 | icon 682 | Şəhidlər və şahidlər
Qol saatını anasına göndərən Şəhid əsgər - FOTO

Cəbrayıl uğrunda gedən acıq döyüşlərdə işğalçı ordunun bir neçə canlı qüvvəsini məhv edən və özü də ağır yaralanan Emil İsmiyevi xilas etmək mümkün olmayıb.

 
 
İgid döyüşçü şəhidlik zirvəsinə yüksəlib. Ölümündən əvvəl qol saatını açaraq komandirinə verib və onu anasına çatdırmağı xahiş edib. Dəfn zamanı komandiri cəsur əsgərin son istəyini yerinə yetirib: qol saatını şəhidin anası Ofelya xanıma verib.
 
 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, söhbət Ağdaşdan olan şəhid əsgər Emil Elman oğlu İsmiyevdən gedir.
 
 
Emil 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 22-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatının ilk günlərindən o, ön cəbhədə döyüşüb. Cəbhənin Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşub və Vətənə layiq bir əsgər kimi şəhid olub.
 
 
Ailədə Emildən sonra onun atası, anası və bir qardaşı qalıb. Qardaşı Məhəmmədiyyə də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmək istəyib lakin icazə verilməyib.
 
 

 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...