Vətəni üçün ölümü gözə alan qəhrəman Şəhid - Cavidan İbrahimli
Ölümündən sonra" Vətən Uğrunda" və "Xocavəndin azad olmasına görə" medalı ilə təltif edilib
Şəhid Cavidan Nizami oğlu İbrahimli 24 Mart 2000 ci il Bakı şəhəri Badamdar qəsəbəsində anadan olub. 2006 2017 ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018, 2019 cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcəbədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan ordusunun əsgəri Cavidan İbrahimli 2020 ci il sentyabrın 27 də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. O, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavidan İbrahimli oktyabrın 24 də Cəbrayıl döyüşləri zamanı öz döyüş yoldaşlarını qoruyaraq qəhrəmancasına Şəhid olub. Ölümündən sonra" Vətən Uğrunda" və "Xocavəndin azad olmasına görə" medalı ilə təltif edilib.
Cavidan qohumlarının, dostlarının, ümumiyyətlə hər kəsin sevgisini qazanmışdı. O, çox qorxmaz, mərd, igid bir əsgər idi. Hamımız onu çox sevirdik. Cavidan mənim qardaşım deyil, o mənim bibimogludur. Ancaq mənim bacım və qardaşım olmadığından onu özümə qardaş bilmişəm və indi də o mənim qardaşımdır. Mən Cavidanla Fəxr edirəm. Hər bacıya belə qardaş nəsib olmur. Düzdür, biz indi onun yoxluğuna pis olsaq da, o, indi ən uca, ən ali zirvədədir. Biz ona ləqəbi olaraq Cappi deyə müraciət edərdik.
Bibim özü onu "Vətən müharibəsinə" yola salmağa aparmışdı. Bibim deyir ki - dedim Cavidan sənə desələr denən başımda ağrı var (həqiqətən də başında ağrı olub) - o isə cavabında belə deyib: Axı bizi Anamız çağırır. Bibim deyib anan kimdir? - o deyib: Vətən bizi çağırır. Hətta gedərkən vhatsap statusunda "Vətən - torpaq uğrunda ölən varsa Vətəndir" paylaşıb.
Cavidan İbrahimlinin ölümündən bir neçə gün sonra atası da vəfat etdi.
Cavidan bizim, eləcə də bütün Azərbaycan xalqının yaddaşında İgid bir Əsgər, vətəni üçün ölümü gözə alan bir qəhrəman kimi qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Aydan Süleymanova
/Xırdalan, 7 nömrəli tam orta məktəbin 9 A sinif şagirdi/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"