Növbəti üç ildə təhsil sistemi üzrə əsas maliyyə mənbələrindən BİRİ
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas maliyyə mənbəyi müəyyənləşib.
Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.
Bildirilib ki, Dövlət Neft Fondu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas maliyyəlşdirilmə mənbəyi kimi müəyyən edilib.
Bu Proqramın maliyyləşdirilməsi üçün 20 milyon 533,55 min manat məbləğində vəsaitin ayrılması təklif edilir. Təhsil Nazirliyinin məlumatına əsasən bu məbləğin 9 milyon 520 min manatının xaricdə doktorantura səviyyəsində təhsilin (bir doktorant üzrə illik xərc orta hesabla 59,5 min manat olmaqla 160 doktorant) maliyyələşdirilməsinə, 10 milyon 625 min manatının (bir proqram üçün 2 milyon 125 min manat olmaqla 5 proqram) ikili diplom proqramlarının maliyyələşdirilməsinə, habelə 388,55 min manatının Dövlət Proqramının icrasını təmin edəcək Dövlət Proqramının İdarəetmə Qrupunun 2021-ci ildə illik saxlanma xərcinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"