Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman - FOTO

09:57 06-01-2021 | icon 289 | Qarabağ
Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman - FOTO

Cəlilabad rayon sakini Cavid Əhmədov ötən il sentyabrın 27-də başlamış Vətən Müharibəsinə digər qəhrəmanlarımızdan fərqli şəkildə qoşulub.

 

Cavid Əhmədov ön cəbhəyə şəxsi yük avtomobili ilə gedib.

 

Əhmədov Cavid Yadigar oğlu 1985-ci ildə Cəlilabad rayonunun Mollalı kəndində doğulub. O, hər zaman yaxınlarına və həmyaşıdlarına Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştiraka hər an hazır olduğunu bildirib. İkinci Qarabağ müharibəsi Cavid Əhmədovun vədinə əməl etməsi üçün əsl məqam olub. O, oktyabrın 1-də könüllü olaraq “KamAZ” yük avtomobili ilə döyüşlərə yollanıb. Cavid bir sıra ağır döyüşlərdə yaxından iştirak edib və dəfələrlə şəxsi qəhrəmanlıqlar göstərib.

 

Ön cəbhədə 3 aya yaxın xidmət edən könüllümüz bugünlərdə evinə qayıdıb. Doğmaları, rayon sakinləri vətənpərvər həmyerlilərini böyük çoşqu ilə qarşılayıb.

 

Qeyd edək k, döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərən Cavid Əhmədov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. /Report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI