"Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib"

12:30 06-01-2021 | icon 369 | Təhsil
"Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib"

Ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkədə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti də tamamilə dayandırılıb. Bu səbəbdən məktəblərdə qış tətilinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.

 

Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib.

 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrinə görə, qış tətilinin müddəti 27-31 yanvarda olur. Tədrisin birinci yarımili 15 sentyabr-26 yanvar, ikinci yarımili 1 fevral-14 iyun tarixlərini əhatə edir. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...