Şəhid Arəstə Baxışovanın büstü hazırlanıb
Vətən müharibəsinin ilk və tək xanım şəhidinin büstü hazırlanıb.
Versus.Az xəbər verir ki, Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçu Arəstə Baxışovanın büstü hazırlanıb.
Sosial şəbəkələrdə paylaşılan bu büstü gənc heykəltaraş Müstəqil Balayev hazırlayıb.
Qeyd edək ki, Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.
O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"