Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman

05:18 12-01-2021 | icon 620 | Şəhidlər və şahidlər
Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman

Qırx dörd günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Məcid Məmmədovdur. Yaşasaydı bu gün 19 yaşını qeyd edəcəkdi. Müharibənin ilk günündən döyüşlərə qatılaraq düşmənə qan udduran igidimiz həlak olana qədər neçə-neçə şəhidimizin qısasını alıb. Məcid yoldaşları kimi, döyüşlərdə düşmənin bir addım da irəliləməsinə, göz açmasına imkan verməyib.

 

Versus.Az xəbər verir ki, Məcid Məmmədov 2002-ci ildə Cəlilabad rayonunun Hacıcavad kəndində dünyaya göz açıb. O, hələ uşaq yaşlarından Vətənə sevgisi ilə həmyaşıdlarından seçilib.

 

Ötən il həqiqi hərbi xidmətə yollanan Məcid Məmmədov İkinci Qarabağ müharibəsi başlayanda Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib.

 

Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda hərbi əməiyyat onun son döyüşü olub.

 

Məcidin hərbçi yoldaşları bildirir ki, o, döyüş zamanı başlarının üstündən keçən mərmilərə fikir vermədən irəli atılırdı. Elə şiddətli döyüşlərin birində qəhrəman kimi döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

 

Şəhidin anası Dürdanə Quliyeva deyir ki, bu, onsuz keçirdiyi ilk ad günüdür:

“18 il balama xoş arzularla tort kəsdirmişəm. Bu gün isə yox. Bu il balam 19 yaşını cənnətdə qeyd edib".

 

Şəhidimizin qardaşı Emilin sözlərinə görə, Məcid ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə başlayanda çox sevinib:

“Dedi axır ki, torpaqlarımızı azad edəcəyik. Ərazilərimiz daha düşmən tapdağında qalmayacaq. O, müharibə başa çatan kimi tikmək, ailə qurmaq arzusunda idi. Gözaltısı da vardı. Təəssüf ki, arzusuna çatmadı. Mən qardaşımla qürur duyuram. Çünki o, ən ağır döyüşlərdə iştirak edib, Vətəni qoruyub. Torpaqlarımızın azadlığa qovuşmasında yaxından iştirak edib”.

 

Qeyd edək ki, Məcid Məmmədov “Vətən uğrunda və “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib. /report/

Allah rəhmət eləsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...