BANM “YAŞAT” Fonduna ianə etdi
Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-ni “YAŞAT” Fonduna köçürüb.
Versus.Az xəbər verir ki, bu barədə BANM-dan bildirilib.
Məlumata görə, ümumilikdə, 20 min 697 manat məbləğində vəsait Fonda ianə edilib.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin oktyabr ayında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna aylıq vəzifə maaşlarından ianə ediblər.
Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"