Tələbələr “AzerGold”un istehsalat təcrübəsindən yararlana biləcək - FOTO

15:01 12-01-2021 | icon 372 | Təhsil
Tələbələr “AzerGold”un istehsalat təcrübəsindən yararlana biləcək - FOTO

“AzerGold” QSC ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

“AzerGold” QSC-dən verilən məlumata əsasən, yanvarın 12-də videoformatda təşkil olunan tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetinin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak ediblər.

 

Memorandum sənədini “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar. Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.

 

Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi, həmçinin fərqlənmiş tələbələrə QSC-nin təqaüd və mükafatlarının verilməsi də nəzərdə tutulub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...