“Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO

17:51 12-01-2021 | icon 536 | Şəhidlər və şahidlər
“Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO

“Mənim üçün bu, Birinci və İkinci Qarabağ müharibəsi deyildi, 30 illik bir müharibə idi”.

 

Versus.Az xəbər verir ki, Veteran döyüşçü Roqday Qarayev söhbətinə məhz bu sözlərlə başladı.

 

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində iştirak etmiş R.Qarayev onun üçün müharibənin ötən əsrin 90-cı illərdə başladığını və 2020-ci ildə Azərbaycanın qələbəsilə bitdiyini deyir:

 

“Müasir döyüşləri 90-cı illərdəki savaşla müqayisə etsək, ilk növbədə üslub və taktika dəyişikliklərini qeyd etməliyəm. Məhz bu səbəbdən biz üstünlük qazandıq və düşməndən bir neçə addım irəlidə ola bildik. Bəziləri hesab edir ki, biz 90-ci illərdə müharibəni uduzduq. Lakin bu belə deyil. Biz sadəcə döyüşü uduzduq. Çünki bizim silahımız və canlı qüvvəmiz çatışmırdı. İndi bizim böyük ordumuz var. Hərbi komissarlıqların qarşısında toplaşaraq, döyüşlərə könüllü şəkildə qatılmaq istəyən çox sayda insanlarımız var idi. Bu vətənpərvərlikdir. Azərbaycan artıq o zaman qələbə qazanmışdı. Bəzən biz şikayət edirik ki, gənclərimiz heç nə bacarmırlar. Amma onlar əksini sübut etdilər. Gənclərimiz, bizim qəhrəmanlarımız vətənimiz və gələcəyimiz uğrunda döyüşə atıldılar”.

 

Qarabağ veteranı ermənilərin öz uydurduğu nağıllara həvəslə inandığını da qeyd edir. Bunun səbəbi isə valideynlərdən başlayaraq hökumətə qədər davam edən yalançı təbliğatdır:

 

“Ermənilər inanırlar ki, yer üzündə dinozavrlardan sonra bu torpaqlarda ilk məskunlaşan insanlar məhz onlar olublar. Özü də bu tipli iddialara çox ciddi yanaşırlar. Buna görə də, döyüşlərə yüksək motivasiya ilə qatılırdılar”.

 

R.Qarayev Ermənistan silahlı qüvvələrinin minaatan bölmələrinin və zirehli texnikasının daha hazırlıqlı olmasını bildirib. Veteran döyüşçünün sözlərinə görə, ermənilərin kifayət qədər döyüşqabiliyyətli ordusu var idi. Lakin bizim düzgün taktikamız və atəş nöqtələrinin susdurulmasında müasir üsullardan istifadə etməyimiz qələbəmizi təmin etdi. /media.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT