Bu tibb və qeyri-tibb işçilərinə müddətli əlavə ödənildi

11:58 13-01-2021 | icon 313 | Sağlamlıq
Bu tibb və qeyri-tibb işçilərinə müddətli əlavə ödənildi

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli Qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

 

Versus.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Belə ki, Bakı şəhəri üzrə 33, respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin 13 641 tibb və 3 114 qeyri-tibb işçisinə noyabr ayı üzrə iş vaxtına mütənasib olaraq, 20 milyon manat müddətli əlavə ödənilib.

 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

 

Tibbi profilaktik tədbirləri həyata keçirən 2 832 tibb işçisinə aylıq vəzifə maaşının 3 misli məbləğində cəmi 2,3 milyon manat ödənilib.

 

Təcili tibbi yardım xidməti göstərən 3 871 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 522 laboratoriya işçisinə aylıq vəzifə maaşının 4 misli məbləğində cəmi 6,1 milyon manat ödənilib.

 

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6 416 tibb işçisinə aylıq vəzifə maaşının 5 misli məbləğində cəmi 9,3 milyon manat ödənilib.

 

Onu da qeyd edək ki, 3 114 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,3 milyon manat müddətli əlavə verilmişdir.

 

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 8 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI