"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

10:08 18-01-2021 | icon 1386 | Şəhidlər və şahidlər
"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

Təqdim edəcəyimiz növbəti qəhrəmanımız Tağıyev Anar Museyib oğludur. Anar 1999-cu ilin may ayının 1-də Tovuz rayonunun Dondar Quşçu kəndində dünyaya göz açıb.

 

Anar Tağıyev 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ilin aprel ayında hərbi xidmətdən təxris olunsa da, bir müddət sonra hərbi həyatı seçərək xidmətə geri dönür.

 

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrin Tovuz rayonunda törətdikləri təxribata əks-hücumla cavab verən əsgərlərimizin sırasında "Kicik çavuş" rütbəsini daşıyan Anar Tağıyev də olub.

Həmin döyüşlərdən sonra Anar ehtiyatda olan hərbçi kimi II Qarabağ müharibəsinə də qatılır. O, bir çox istiqamətlərdə, həmçinin Kəlbəcərin azad olunmasına görə gedən döyüşlərdə göstərdiyi şücaətə görə medal qazanır.


Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamı ilə Kicik çavuş Tağıyev Anar Museyib oğlu "Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.


Biz Anar Tağıyev və onun kimi Azərbaycanın yüzlərlə qorxmaz igid oğulları ilə fəxr edirik.

Qarabağ Azərbaycandır!

 

 

Ləman Zeynalova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…