Texniki universitetə yeni prorektor təyin olundu

17:18 22-01-2021 | icon 281 | Təhsil
Texniki universitetə yeni prorektor təyin olundu

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.

 

Universitetdən Versus.az-a verilən məlumata görə, AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub.

 

Prorektoru kollektivə təqdim edən rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

 

Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib.

 

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.

 

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…