Koronavirusun yoluxuculuğunu müəyyənləşdirən CİHAZ

10:33 23-01-2021 | icon 227 | Sağlamlıq
Koronavirusun yoluxuculuğunu müəyyənləşdirən CİHAZ

Koronavirusun bəzi yeni növlərinin yoluxma səviyyəsini müəyyənləşdirən cihaz hazırlanıb.

 

“BioRxiv” saytının məlumatına görə, ixtiranın müəllifləri Kanadada Kuin Universiteti və Britaniya Kolumbiyası Universitetinin alimləridir.

 

Cihaz koronavirus tikanının və ACE2 fermentinin (virus bədənə onun vasitəsi ilə daxil olur) qarşılıqlı təsirini qiymətləndirir.

 

Mütəxəssislər tərəfindən lusiferaz zülalının bir hissəsi tikana, digər hissəsi fermentə birləşdirilib. İki komponent birləşdikdə lusiferaz parlayır.

 

İşığın intensivliyi ilə ACE2-də nə qədər tikanın olduğunu müəyyənləşdirmək mümkündür.

 

Cihaz, həmçinin koronavirusa qarşı dərmanların effektivliyini qiymətləndirmək üçün də istifadə edilə bilər.

 

SARS-CoV-2 tikanını bloklayan dərman təsirli olarsa, sistem işıq yaymayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər