Əlcəzair mediası qələbəmizdən və erməni terrorundan yazdı
Tanınmış jurnalist Cavid Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı növbəti yazısı Əlcəzairin aparıcı https://alharir.info saytında dərc olunub.
Xatırladaq ki, C.Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazıları İordaniya, İraq, Misir, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Moldova, İtaliyanın aparıcı media orqanlarında dərc olunub.
C.Şahverdiyev əvvəlcə Azərbaycanın Ermənistanın işğalşı ordusu üzərində qələbəsindən bəhs edib.
Sonra vurğulayıb ki, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib. İşğal altında saxlanılan rayonlarımızda qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.
Yazıda qeyd olunub ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.
Məqalənin ərəb dilində geniş variantı aşağıdakı linkdə:
https://alharir.info/%D8%A3%D8%B1%D9%85%D9%8A%D9%86%D9%8A%D8%A7-%D8%B3%D8%AA%D8%AD%D8%A7%D8%B3%D9%8E%D8%A8-%D8%B9%D9%84%D9%89-%D8%AC%D8%B1%D8%A7%D8%A6%D9%85%D9%87%D8%A7/?fbclid=IwAR2O5BC5kjOeW3tFSRA8c70IFPLf1O6-Wh_ijwxFf5TJzdNyZzWfasYWwF8
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...