Tromblaşma xəstələr arasında ölüm hallarının artması ilə nəticələnir

09:41 27-01-2021 | icon 1970 | Sağlamlıq
Tromblaşma xəstələr arasında ölüm hallarının artması ilə nəticələnir

Nərminə Abbasova: "Temperaturun yüksəlməsi, həyəcanlanma və qorxu hissləri öz təsirini göstərir"

 

Atıq hər kəs bilir ki, koronavirus infeksiyasının ağırlaşma səbəblərindən biri olan tromblaşma xəstələr arasında ölüm hallarının artması ilə nəticələnir. Bunu nəzərə alaraq, bu infeksiyanın bütün müalicə protokollarına qandurulducu preparatlar daxil edilir...

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA bu gün Versus.Az-ın oxucularına qan laxtalanmasının fəsadlarından və müalicəsindən bəhs edəcək.

 

Nərminə Abbasova qeyd edib ki, orqanizm üçün qanın laxtalanmasının mühüm bioloji əhəmiyyəti var. Onun sözlərinə görə, əgər qan laxtalanması olmazsa, kiçik bir zədələnmədən orqanizmdəki qan axıb gedərdi. Ona görə laxtalanmış qan zədələnmiş və yaxud kəsilmiş qan damarının ağzını tutur və qanın axmasının qarşısını alır. Bir sözlə, müdafiə funksiyasını yerinə yetirir:

 

“Qanın laxtalanması mürəkkəb biokimyəvi və fizioloji bir proses olub, qanın formalı elementlərindən - trombositlər, leykositlər, plazmada olan, Ca ionları, fibrinogen zülalı və nəhayət oksigenin iştirakı ilə gedir. Qanın laxtalanmasının əsas əhəmiyyəti maye halında olan fibrinogeni bərk hallı fibrinə çevirməkdir.

Qanın laxtalanma sürətinə xarici mühit amillərindən - temperaturun yüksəlməsi, həyəcanlanma və qorxu hissləri öz təsirini göstərir”.

 

Həkim-terapevt bildirib ki, orqanizmdə qanın tərkibində onun laxtalanmasında əks-təsir göstərən maddələr var ki, bu da orqanizmin anti-koaqulyatit sistemini təşkil edir:

 

“Buna qaraciyərdə əmələ gələn heparini misal göstərmək olar. Qan laxtalanmaması patoloji olur ki, bu xəstəlik hemofiliya adlanır. Hemofiliya xəstəliyinə tutulmuş insanlarda “qanın laxtalanma faktorları” adlanan antihemofil qlobulin A və V, eləcə də tromboplastilinin əsasını təşkil edən qlobulinin sintezi pozulmuş olur. Tədqiqatlar nəticəsində öyrənilmişdir ki, k vitamininin çatışmaması qan laxtalanmasının sürətini azaldır.

Qanın laxtalanması fermentativ bir proses olub üç mərhələ ilə həyata keçirilir. Bunlar Protrombokinoza-trombotropin-trombokinoza, Protrombin-trombokinoza-trombin, Fibrinogen- trombin-fibrindir.

Qan laxtalanması fermentativ proses olmasına baxmayaraq, baş beyin yarımkürələri qabığı tərəfindən tənzim olunur”.

 

 

 

Tromboflebitin qan damarları xəstəliyi olduğunu vurğulayan Nərminə xanım deyir ki, bu xəstəlik zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb - qan laxtası əmələ gəlir:


“Tromboflebit çox ağır patologiya sayılır. Müalicə olunmadığı halda müxtəlif ağırlaşmalar yaranar və hətta xəstənin ölümünə səbəb ola bilər. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim-fleboloq məşğul olur.
Qeyd edim ki, Tromboflebit bir çox hallarda varikoz xəstəliyi fonunda inkişaf edir. Məhz bu səbəbdən varikoz mütləq və vaxtında müalicə olunmalıdır. Digər səbəblər arasında məsələn, qanın laxtalanmasının artması, hansı ki, bu, irsi də ola bilər. Eyni zamanda, ağır susuzlaşma, damara tez-tez kateterin taxılması, travmalar, istənilən cərrahiyyə əməliyyatları, onkoloji xəstəliklər, hamiləlik və doğuş, infeksiyalar və iltihablar, artıq çəki, ziyanlı vərdişlər və sair”.


Həkim deyir ki, Tromboflebit əksər hallarda aşağı ətraflarda inkişaf edir. Lakin digər damarlarda da inkişaf edə bilər. Onun sözlərinə görə, Tromboflebitin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır:

 

“Vaxtında müalicə olunmamış və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağ ciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur. Bu, bu ağır qan dövranı və nəfəsalma pozulmalarına səbəb olur. Bir çox hallarda belə xəstələr reanimasiya şəraitində müalicə alır. Tromb çox böyük olduqda tromboemboliya sürətlə inkişaf edir və xəstənin həlak olması ilə nəticələnir.
Tromboflebitin digər ağırlaşması zədələnmiş ayaqda trofik xoraların əmələ gəlməsidir. Bu xoralar müalicəyə çətinliklə tabe olur, bağlandıqdan bir müddət sonra təkrar açılır”.


Qeyd edək ki, Tromboflebitin simptomları bunlardır:
- iltihablaşmış damarın yerində dəri qızarır və daha isti olur,
- bəzən xəstədə bədən hərarəti 38 C kimi arta bilər,
- xəstə ayaqda dartıcı ağrılar, ağırlıq hiss olunur,
- ödem (şişkinlik) inkişaf edir,
- xəstə ayağın hərəkətliliyi (xüsusilə uzun müddət ərzində gəzdikdə və ya ayaq üstə olduqda) pozulur.


Nərminə xanım deyir ki, varikoz xəstəliyi olan insanlar xüsusilə diqqətli olmalı və tromboflebitin ilk simptomlarında fleboloqa müraciət etməlidir:


“Müayinədən sonra xəstəyə müalicə təyin olunur. Tromboflebit konservativ və cərrahi üsullarla müalicə oluna bilər. Hər bir konkret halda müalicə taktikasını müalicə həkimi tərəfindən təyin edilir. Konservativ müalicə zamanı xüsusi iltihabəleyhinə preparatlar, tromblaşma prosesi ilə mübarizə aparan preparatlar, trombları "əridən" preparatlar, lazım olduqda antibiotiklər və sair istifadə olunur. Həmçinin xəstəyə kompressiya edən kolqotlar, qolflar, yataq rejimi və bol mayenin qəbulu təyin olunur. Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq oluna bilər.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova qan xəstəliyindən, Tromboflebitdən müalicə olunmanız üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...