Haqqında “dəli kağızı” düzəldilən müəllim işə bərpa olundu

09:57 27-01-2021 | icon 389 | Təhsil
Haqqında “dəli kağızı” düzəldilən müəllim işə bərpa olundu

Astara rayonunda maraqlı hadisə baş verib. Belə ki, 2 il öncə rüşvətə etiraz etdiyi üçün məktəbdən çıxarılan və haqqında “dəli kağızı” düzəldilən başıbəlalı müəllim Fuad Mehrəliyev medianın və ictimaiyyətin aktivliyindən sonra rayon təhsilinə geri qaytarılıb.


Versus.Az xəbər verir ki, bu barədə “Astaranın Gənc Alimləri” təşkilatı məlumat verib.

İxtisasca ingilis dili müəllimi olan Fuad Mehrəliyev 2017-ci ildə Astara şəhər 2 saylı tam orta məktəbdə işə başlayıb. Bir müddət sonra işçilərdən tələb olunan “haqqı” vermək istəməyib və buna sosial şəbəkədə etiraz etdiyi üçün Astara Təhsil şöbəsi rəhbərliyinin hədəfinə tuş gəlib.


2018-ci ilin iyulunda Təhsil şöbəsinin yeni müdiri Rəşad Həsənov müəllimin onun işçisi Emin Fətullayevi döydüyünü iddia edib, beləliklə də F.Mehrəliyevi “psixi xəstə” və “müəllimliyə yararsız” elan edərək məktəbdən kənarlaşdırıb.



Hətta müəllim məcburi şəkildə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına salınıb...

 

Haqqını media ilə yanaşı, məhkəmədə də arayan F.Mehrəliyev hakimlərin mübahisəli qərar çıxarmasından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək qərarına gəlib. Bu isə rayon Təhsil müdirini daha da təşvişə salıb. Və o, 2018-ci ildə biabırçı şəkildə məktəbdən çıxartdığı müəllimin 2020-ci ildə geri qayıtmasına razılaşmalı olub.

 

Beləliklə də F. Mehrəliyəv imtahan verərək, 2 il sonra Astara rayonunda məktəbə qayıdıb. 

 

Qeyd edək ki, bu, Astara rayonunda ikinci analoji hadisədir. Daha öncə isə, 2020-ci ilin may ayında, Astara şəhər 6 saylı məktəbin keçmiş psixoloqu Daşqın Əliyev 2 ildən sonra işə qaytarılmışdı. O isə, şagirdlərin bullinqə məruz qalmalarına və direktor Elçin Mirzəzadənin özbaşınalığına etiraz etdiyi üçün Rəşad Həsənov tərəfindən işdən çıxarılmasına “qol çəkilmişdi”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...