Məktəblər açılsın, yoxsa açılmasın? – MÜNASİBƏT

12:12 27-01-2021 | icon 559 | Təhsil
Məktəblər açılsın, yoxsa açılmasın? – MÜNASİBƏT

“Müəllimlərə probem yaratmadan məktəbləri aça bilərik

 

Ölkənin təhsil camiyəsi Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpasını müzakirə edir. Bir qədər əvvəl  pandemiya ilə əlaqədar olaraq dərs ilinin sonuna qədər məktəblərin açılması real görünmürdü. Məktəblərdə şagirdlər və müəllimlər arasında sosial məsafənin saxlanılmasını təmin etməyin çətin olacağı, eləcə də qış mövsümü ilə bağlı havaların soyuq keçməsi əsas gətirilirək ənənəvi məktəblərin açılması ilə bağlı müxtəlif fərqli mülahizələr irəli sürülür. Şagirdlərin məktəblərdən uzaqlaşması tədris proqramını mənimsəyə bilməməsi ilə yanaşı, şagirdlərin məktəb mədəniyyətinə qüsurlu təsirlər göstərə biləcəyi ayrıca bir məsələ olaraq ortaya atılıb. Eləcə də, bir sıra ekspertlər karantin şəraitinin aradan götürüləcəyi təqdirdə açılması tələb olunan ilkin müəssisənin məhz məktəblərin olması qənaətindədir.

 

Covid 19 virusunun dünyada tüğyan etdiyi, canlar aldığı bir dövrdə insan sağlığının hər bir məsələnin önündə dayandığı barədə fikirlər təhsil müəssisələrinin bağlı saxlanılmasını şərtləndirirdi. Pandemiya bitməyib və qış mövsümünün ən soyuq ayında yaşadığımızı nəzərə alaraq təhsil müəssisələrinin fevralıln birindən növbəli şəkildə açılması ilə bağlı qərarın nə dərəcədə mövcud şəraitə adekvat olduğu da mübahisəli qarşılanır. Əslində məsələyə yanaşmada şagirdlərin də fikirləri fərqlidir. Onsuz da pandemiya şəraiti  bütün sahələrdə onlayn, virtual münasibətləri formalaşdırıb. Onsuz da təhsil proqramlarında kifayət qədər geriləmələr oldu. Ən soyuq aydan  başlayaraq məktəblərin açılması hansı üstünlüyə, yaxud narahatlığa səbəbə ola bilər. Ümumiyyətlə məktəblər açılmalıdırmı, yoxsa yox?

 

Versus.Az həkim, təhsil eksperti və vətəndaş cəmiyyəti sahəsində ixtisaslaşan söz sahiblərinin məsələyə münasibətini təqdim edir:

 

 

 

 

“Bütün hallarda tədris prosesi bərpa edilməlidir”

 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2020-ci ilin mart ayının 3-dən etibarən Azərbaycanda tədris prosesinin dayanması 2 milyondan çox insanın fəaliyyətinə  birbaşa təsir göstərdi.

 

Onun sözlərinə görə, bunun 1,6 milyonu orta ümumtəhsil müəssisələrində təhsil alırdı:

 

“Təbii ki, pandemiya dövrünün tələblərinə görə, normal qaydada tədris prosesini təşkil eləmək mümkün deyildi. Çünki bu zaman yoluxma halları daha da çoxala bilərdi. Biz konkret rəqəmlərə baxanda görürük ki, ölkənin 4447 ümumtəhsil müəssisəsi 1,6 milyon şagird təhsil alır. Xüsusən ibtidai siniflərdə 640 minə yaxın şagird təhsil alır ki, onları da daha çox validenyləri məktəblərə aparıb gətirirdi. Bu qədər insanın bir yerdə hərəkət etməsi kəskin şəkildə yoluxma hallarını yüksəldə bilərdi. Ona görə də təhsil prosesinin məsafədən təşkili zəruri idi. Amma geridə qoyduğumuz vaxta baxanda görürük ki, məsafədən təhsil tam şəkildə uşaqların zəruri biliklərə yiyələnməsinə imkan verməyib. Çünki ölkənin 75-80 faiz şagirdi elektron resurslar vasitəsi ilə dərslərdə iştirak edib, geridə qalan qismi isə interneti, telefonu, planşeti olmadığına görə dərslərdə iştirak edə bilməyiblər. Və yaxud da bir ailədə bir neçə nəfər təhsil alır ki, onlar da tam şəkildə ardıcıl dərslərdə iştirak edə bilməyib. Bütün bunları nəzərə alaraq, yəni təhsilin əlçatanlığını, eyni zamanda zəruri biliklərə yiyələnməni tələb olaraq başa düşsək, orta ümumtəhsil məktəblərin, xüsusən ali təhsil müəssisələrinin açılması labüddür. Əsasən ibtidai sinif şagirdlərinin və 10-11-ci sinif şagirdlərinin orta məktəb bazasında bərpası vacibdir.  Çünki 1-ci sinif şagirdlərinə məsafədən hər hansı biliklərin verilməsi, öyrədilməsi mümkün deyil. Artıq nəzərə alsaq ki, 1-ci sinif şagirdləri məktəbə hazırlıq qruplarında oxuyanda onların dərsləri onlayın qaydada olurdu, deməli bir çox kompitensiyalarda kənarda qalıblar”.

 

Təhsil eksperti qeyd edib ki, 9-11-ci sinif şagirdləri bu il buraxılış imtahanı verəcəklər. O şagirdlər xarici dildən dinləmə, anlama mətinlərini test imtahanlarında cavablamalıdırlar ki, bu vərdişlərin yaranması üçün məktəblərə gedib həmin alətlərdən işləməyi öyrənməlidirlər.

 

K.Əsədov ali və təhsil müəssisələrində 1-ci və 4-cü kurs tələbələrinin dərslərə başlamaları zərurətinə də toxunub:

 

“1-ci kurs tələbələri ali təhsil alma hüququna malik olsalar da, auditoriyaları, universitetlərini tanımırlar. 4-cü kurs tələbələri isə bu il diplom işi verəcəklər, buraxılış imtahanlarına hazırlaşmalıdırlar. Universitetllərə gedib kitabxanalarda bu işləri yerinə yetirməlidirlər. Bir qrup tələbənin kəsirləri var, onları yerinə yetirmələri üçün mütləq şəkildə universitetlərdə olmalıdırlar. Bu tələbələr pandemiyaya görə o kəsirləri yerinə yetirə bilmədilər”.

 

Ekspert hesab edir ki, uzun müddət təhsildən kənarda qalmaq  fiziki problemlərə də gətirib çıxara bilər.

 

Belə ki, şagirdlər bütün günü evdə olduqlarına görə fiziki inkişafdan geri qalırlar,  görmə problemi, onurğa sütunu əyriliyi, psixoloji, ünsiyyət problemi yaranar:

 

“Bunların aradan qaldırılması üçün də tədris prosesinin başlaması zəruridir. Azərbaycanda da ən geci fevralda tədris prosesi bərpa edilməlidir ki, uşaqlar əldə edə bilmədikləri bilikləri sinif və auditoriyalarda müəllimlərdən alsınlar”.

 

K.Əsədov bir çox valideynlərin dərslər başlayarsa yoluxmanın yenidən başlaya bilməsindən narahatlığına da diqqət çəkib.

 

O, qeyd edib ki, dərslər fevral ayından bərpa edilərsə, burda iştirak könüllü olacaq. Belə ki, şagirdlər müəyyənləşmiş cədvəl üzrə məktəblərə gedəcəklər, geridə qalan müddətdə isə onlayn qaydada keçirilən dərslərə qatılacaqlar:

 

“Bütün hallarda tədris prosesi bərpa etməlidir. Hətta beynəlxalq təşkilatlar YUNİSEF, BMT də təhsilin bu qədər qapalı qalmasını məqbul hesab eləmir. Hesab edilir ki, təhsil müddətinin bu qədər qapalı olması ciddi şəkildə keyfiyyətə təsir göstərəcək. Bu gün dünyada 2 milyard insan pandemiyaya görə əziyyət çəkib. Dünya üzrə 600 milyon insan tamamilə təhsildən kənarda qalıb”.

 

 

 

 

 

“Hələ ki, uşaqların məktəbə getməsini məsləhət görmürəm”

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt Nərminə Abbasova bildirib ki, təhsil cəmiyyətin inkişafı prosesində ön sırada dayanan mühüm sahədir. Onun sözlərinə görə, təhsilin hər bir insanın həyatında çox mühüm rol oynadığını bildiyimiz halda, mövcud şəraitə adekvat ənənəvi təhsildən müvəqqəti olsa da imtina etməyə məcburuq.

 

Həkim Covid 19-un sağlamlığımızda göstərdiyi fəsadların, həyatımızda açdığı ağrı-acıların, ölüm hallarının təhsilimizdə də müvəqqəti olaraq ləngitmə, dayandırma, onlayn dərslərin tədrisinə kəçməyə səbəb olduğunu təəssüflə qeyd edib:

 

“Təbii ki, virtual dərslər məktəblərdə keçirilən dərslər səviyyəsində effekt verməyəcək. Mən bu istiqamətdə əldə olunan nəticəni 50 faizin aşağısında hesablayardım. Buna baxmayaraq bir həkim olaraq, virusun bugünkü fəsadlarını, xəstəlikdən əziyyət çəkən insanların ağırlaşmalarını gördüyüm halda məktəblərin açılmasına razı ola bilmərəm. Çünki sağlamlığın qorunması hər şeydən vacibdir”.

 

Bu gün uşaqların yoluxmasının aşağı səviyyədə olduğunu deyən həkim N.Abbasova belə hesab edir ki, əgər məktəblər açılsa, yoluxma sayı çoxalar və bu da istər-istəməz təhsilimizdə irəliyə ketmək əvəzinə bizi geridə qoya bilər. Belə ki, yoluxma sayı artarsa, uşaqlarımız daha çox məktəbdən uzaqda qala bilərlər:

 

“Buna görə də mən bir həkim olaraq hələ ki, uşaqların məktəbə getməsini məsləhət görmürəm. Çünki uşaqların məktəblərdə bir yerdə toplum oturması yoluxma üçün qorxulu faktordur. Pandemiyada uşaqlar yoluxmasa da, ailələrdə validenylərin, nənə-babalarının yoluxma hallarının baş verməsi onların da psixoloji durumuna mənfi təsirini göstərib. Yəni, “uşaqlar yoluxmur” –deyə “təsəlli tapıb” hərəkət edə bilmərik. Çünki uşaqlar da dərk elədikləri qədər bu xəstəlikdən əziyyət çəkdilər, qorxdular, gərginlik yaşadılar. Hər bir məktəbli uşaq o psixoloji gərginliyin ağırlığını ailəsində yaşadı. Amma düşünürəm ki,  həkimlərin sayəsində o psixoloji durumları düzələcək, yetər ki, diqqətli olaq”.

 

N.Abbasova hesab edir ki, oxumaq, təhsilini artıqmaq istəyən şagird təhsili ilə bağlı pandemiyada yaranan boşuğu istənilən vaxt doldura biləcək:

 

“Onsuz da bilirik ki, məktəbə gedən bütün uşaqlar bizim istədiyimiz kimi dərslərində uğurlu nəticə qazanmır. Kimlər ki, öz təhsilində irəli getmək istəyir, o, necə olur-olsun, buraxdığı dərs proqramını savadlı müəllimlərinin, məsuliyyətli valideynlərin diqqəti sayəsində bərpa edəcək. Sadəcə olaraq, Covid 19 virusu ilə bağlı əziyyət çəkdiyini gördüyüm, barələrində eşitdiyim insanlar var. Ona görə də bir həkim kimi kütləvi tədbirlərin təşkili ilə bağlı bir qədər də səbrli olmağı tövsiyə edirəm. Təki valideynlər salamat olsun, onlar övladlarının təhsilindəki geriliyi aradan qaldıra biləcəklər”.

 

Həkim-terapevt bildirib ki, bu gün vaksinasiyanın aparılması o demək deyil ki, xəstəliyin qarşısını tam alıb, dərhal normal həyata dönəcəyik. Onun sözlərinə görə, buna da zaman lazımdır:

 

“Qış fəsli ilə əlaqədar olaraq xəstəliklərin sayının çox olduğu, hər kəsin bildiyi qrip, herpis virusu və digır  xəstəliklərin yüksək səviyyədə olduğu bir vaxtdır. Doğrudan da pandemiya ilə bağlı maddi cəhətdən əziyyət çəkən insanlar var. İnsanlar müvəqqəti çətinliyə dözərək, dolanmaq yolunu tapa bilər. Amma insanın sağlamlığı o maddi itkidən daha dəyərlidir. Ona görə də hər kəs evdə, yolda, işdə yoluxma sayının azalması üçün əlindən gələni əsirgəməməlidir”.

 

 

 

 

“Təhsil sistemi bərpa olunmalıdır, amma...”

 

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni vətəndaş cəmiyyəti olaraq təhsilin bərpa olunması ilə bağlı ortaq mövqedən çıxış edib:

 

“Heç olmasa, həftədə 3 dəfə olmaqla məktəblər minimum səviyyədə açıla bilər. Pandemiya ilə bağlı sağlamlığın qorunması məsələsinə ciddi diqqət yetirilməlidir”.

 

R.Zeyni deyib ki, məktəblərin açılması təhsil vərdişlərinin unudulmaması üçün vacibdir:

 

“Şagirdlər məktəbdən ötrü çox darıxırlar. Elə buna görə təhsil sistemi öz işinə başlamalı və orada orda qorunma mexanizmləri güclənməlidir ki, hər hansı bir yoluxma hallarına yol verilməsin.  Vətəndaş cəmiyyətlərinin də mövqeyi belədir ki, təhsil sistemi bərpa olunmalıdır, amma bu mart ayından da ola bilər”.

 

R.Zeyni dərslərin mart ayında açılmasını fevral ayının ən soyuq ay olması ilə əlaqələndirib:

 

“Amma uşaqlar proqramın həcmini çatdrmalıdır. Məktəb tərəfindən qorunma düzgün aparılsa, məktəblərdə istilik sistemi yaxşı olsa uşaqlar məktəbə gedə bilərlər. Elə məktəblər var ki, istilik yoxdur. Uşaq məcbur deyil ki, gedib soyuq sinifdə donsun. Elə edilməlidir ki, məktəbdə uşaqlar, müəllimlər üçün sağlıq problemi yaranmasın. Yəni uşaqlara müəllimlərə probem yaratmadan məktəbləri aça bilərik”. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...