"Şagirdlər imtahana stress kimi baxırlar"

12:23 27-01-2021 | icon 361 | Təhsil
"Şagirdlər imtahana stress kimi baxırlar"

Orta məktəblərdə keçirilən qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil, bunlar fərqli anlayışlardır, bu ifadələr işlədilərkən buna diqqət yetirilməlidir.

 

Versus.az xəbər verir ki, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

Onun sözlərinə görə, imtahan sözünün mənfi yükü var:

 

“Kimin günahıdır bilmirəm, bəlkə də müəllimlərin üzündən şagirdlər imtahana stress kimi baxırlar. Biz imtahan sözündən imtina etmişik, qiymətləndirmə işlədirik. Biz öyrəndiklərimizi qiymətləndirməliyik. Bunun üçün məktəblərdə qiymətləndirmələr keçirilir”.

 

V.Yaqublu deyib ki, şagirdlərə pandemiya dövründə güzəşt edilməsindənsə, onların daha çox öyrənməsinə çalışmaq lazımdır:

 

“Biz elə etməliyik ki, onlar daha çox öyrənsinlər. Bunun üçün şərait yaradılmalıdır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...