Şuşadakı erməni terrorundan 29 il ötür
Ağdamdan Şuşaya uçan Mİ-8 mülki helikopterin erməni terrorçuları tərəfindən vurulmasından 29 il ötür.
Hadisə 1992-ci il yanvarın 28-də Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib.
Helikopterin Xankəndi istiqamətindən qumbaraatanla vurulması nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.
Xatırladaq ki, bu, həmin dövrdə ermənilərin Azərbaycana məxsus Mİ-8 helikopterini vurması ilə bağlı ikinci hadisə olub. Bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 helikopterinin atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə hadisə nəticəsində 22 nəfər həlak olub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"