Koronavirusun “Axilles dabanı” tapıldı


ABŞ-ın Vanderbilt və Texas Universitetlərində Tibb kafedralarının alimləri koronavirusda zəif nöqtə aşkar ediblər.
“MedicalXpress” bu barədə xəbər yayır.
Mütəxəssislər SARS-CoV-2-də xüsusi ferment - ekzoribonukleaz nsp14-ExoN olduğunu müəyyənləşdiriblər.
O, virusun genomun təkrarlanması zamanı meydana gələn səhvləri düzəltməsinə kömək edir və digər ştamlardan genetik material çıxarmaqdan məsuldur ki, bu da patogenə təkamül üstünlüyü verir.
“Beləliklə, koronavirusun ekzoribonukleazı, davam edən COVID-19 pandemiyasının yatırılması və yumşaldılması və gələcəkdə yeni koronavirusların yayılmasının qarşısını almaq üçün vacib hədəf rolunu oynayır”, - deyə bildirilir.
Alimlər hesab edir ki, nsp14-ExoN koronavirusun “Axilles dabanı”dır (Qədim yunan əsatirindən qaynaqlanan ifadə zəif nöqtə, ən zəif və boşluq olan yer mənasındadır - red.).
Əgər fermentin təsirini bloklaya biləcək bir dərman hazırlanarsa, virus yenidən birləşmə qabiliyyətini itirəcək və tamamilə “bağlanacaq”.

Xəbər lenti

"Azərbaycanın Avropa və dünya bazarında önəmli rol oynayır"
Hikmət Babaoğlu: “...Azərbaycanın mühüm rol oynamasını ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir”