Əyani tədris alan şagirdlər üçün DİSTANT DƏRSLƏR

09:45 29-01-2021 | icon 463 | Təhsil
Əyani tədris alan şagirdlər üçün DİSTANT DƏRSLƏR

Təhsil Nazirliyi fevralın 1-dən əyani tədris formasının tətbiqi ilə əlaqədar şagirdlərin həftənin müəyyən günlərində yenidən distant dərslər keçib-keçməyəcəyinə aydınlıq gətirib.

 

Versus.Az xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu siniflərin yarımqruplara bölünməyəcəyi təqdirdə şagirdlərin həftədə 5 dəfə dərsə gələcəklərini deyib.

 

O bildirib ki, şagirdlər bu halda nəzərdə tutulan bütün dərs saatlarını əyani formada keçəcəklər:

 

“Əgər sinif iki yarımqrupa bölünürsə, bu, o deməkdir ki, o sinifdə işləyən müəllimin dərs yükü iki yarımqrup arasında bərabər bölünür. Məsələn, fənn üzrə dərs saatı 22 saatdırsa, 11 saat bir yarımqrupa, 11 saat digər yarımqrupa ayrılacaq”.

 

V.Yaqublu əlavə edib ki, sinif iki yarımqrupa bölündüyü halda müəllimin əlavə dərs keçməsi üçün dərs saatı qalmır. Lakin müəllim bəzi hallarda əyani dərs saatının əvəzinə distant dərs də keçə bilər:

 

“Əgər Azərbaycan dili həftədə 9 saatdırsa, müəllim onu tən yarı böləndə bir yarımqrupa bir həftə 4 saat, o biri yarımqrupa 5 saat əyani dərs keçə bilər. Növbəti həftədə isə bunu dəyişməklə birinci qrupa 5, digər qrupa 4 saat əyani formada Azərbaycan dili dərsi keçə bilər. Yaxud hər iki qrupa 4 saat olmaqla əyani dərs keçilə bilər, bir saat isə ümumi qrupa internet üzərindən tədris oluna bilər. Bu, məktəb və müəllimin seçimindən, imkanlardan asılıdır. Əgər distant dərs keçmək imkanı yoxdursa, teledərslərdən yararlanmaq olar. Hər bir sinif üzrə həftədə iki dəfə teledərs yayımlanır”.

 

Xatırladaq ki, fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif səviyyəsi, ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qrupları və icma əsaslı qruplarda tədris qismən başlanılacaq. Həmin tarixdən ölkədə 1-4-cü sinif şagirdləri məktəbə gedəcəklər. Böyük şəhərlərdə şagirdlər həftədə 3, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla əyani tədrisə cəlb olunacaqlar. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...