Futbolçu oyun zamanı qarət edildi
PSJ klubunun futbolçusu Mauro İkardinin evi qarət olunub.
Bu barədə “L`Equipe” nəşri məlumat yayıb.
Qeyd olunur ki, oğurluq hadisəsi PSJ-nin səfərdə “Loryan” klubuna qarşı oynadığı vaxta təsadüf edib. Futbolçu oyunda əsas heyətdə yer alıb.
Argentinalı futbolçunun evindən oğurluq olduğunu növbəti gün İkardinin qulluqçusu aşkar edib.
28 yaşlı hücumçunun zinət əşyaları, saatları və bəzi geyimləri oğurlanıb.
Mənbə yazır ki, İkardiyə 400 min avro məbləğində ziyan dəyib.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...