Rektor tələbə təşkilatlarının sədrlərilə görüş keçirib

15:22 02-02-2021 | icon 410 | Təhsil
Rektor tələbə təşkilatlarının sədrlərilə görüş keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Gənclər Günü ərəfəsində BANM-in tələbə təşkilatlarının sədrləri ilə görüş keçirib.

 

Rektor tələbə təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirələr aparıb, tətbiq olunan yeniliklərin tələbələrə çatdırılmasında operativliyin təmin edilməsi, tələbə təşkilatlarının rolunun genişləndirilməsi ilə bağlı təklifləri dinləyib.

 

E.Qasımov I kursların tələbə təşkilatları barədə daha yaxından məlumatlandırılması məqsədilə tələbə təşkilatlarının rəhbərlərinin fəaliyyətinin daha da aktivləşdirilməsini tövsiyə edib.

 

Sonra təşkilat rəhbərləri pandemiya dövründə həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib, fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərlə çıxış ediblər.

 

Klub rəhbərləri əsas məqsədlərinin BANM tələbələrinin intellektual səviyyələrinin yüksəldilməsi, bacarıqlarının təmənnasız şəkildə inkişaf etdirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil olunması olduğunu diqqətə çatdırıblar.

 

Məlumat üçün bildirək ki, BANM-də tələbə klubları ilk gündən gənclərdə vətənpərvərliyin təbliğatı, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrdə iştirak, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir.

 

Bu məqsədlə Ali Məktəbdə Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Bu qurumların tərkibində yaradılan müxtəlif formatlı klublar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün münbit şərait yaratmaqla yanaşı, onların idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, yaradıcı fəaliyyətlərinin inkişafı üçün dəstək, müxtəlif yerli, beynəlxalq layihələrə qatılmaları, bilik və bacarıqlarını nümayiş etdirmələrinə təkan verir, müntəzəm olaraq xeyriyyə konsertləri, qocalar və uşaq evlərinə səfərlər, maarifləndirici təlimlər keçirir. 

 

Ali Məktəbdə “Neft Mühəndisləri Cəmiyyəti”, “Gənc Mühəndislər klubu”, “İntellektual oyunlar klubu”, “Fizika klubu”, “Riyaziyyat klubu”, “Kitab klubu”, “Debat klubu”, “Danışıq klubu”, “Rus dili klubu”, “Programming club”, “Cinema club”, “Animal care club”, “Musiqi klubu”, “Rəqs klubu” və “Teatr klubu” kimi müxtəlif istiqamətləri əhatə edən klublar fəaliyyət göstərir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...