"Bizim də Türkiyə mediasına verə biləcəyimiz  nailiyyətlərimiz var"

16:54 04-02-2021 | icon 451 | KİV
"Bizim də Türkiyə mediasına verə biləcəyimiz  nailiyyətlərimiz var"

"Televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər"

 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti  arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. 

 

Məlum Anlaşma Memorandumunun imzalanması ikitərəfli media siyasətinin təkmilləşdirilməsi baxımından müsbət qiymətləndirilməklə yanaşı, perspektivləri müzakirə olunur. Artıq sənəd Milli Məclisdə də təsdiqlənib.

 

Versus.Az xəbər verir ki, bu barədə danışan politoloq, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Türkiyə ilə Azərbaycan mediası arasında Anlaşma Memorandumunun imzalanması  və hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunaraq qanuni  status alması  böyük perspektivlərdən xəbər verir. 

 

 

“Türkiyə ilə Azərbaycan mediası arasında əməkdaşlığın əsasları çoxdan qoyulub. İlk dəfə olaraq bu, sistemli və qanuni status almış platforma əsasında həyata keçirilir. Bu gün hər iki ölkənin beynəlxalq miqyasda üzləşdiyi bir sıra problemlər var.  İki ölkənin media platformalarının birləşdirilməsi, eyni hədəfləri götürmələri medialar arasında informasiya və texniki təcrübə mübadilələrinin keçirilməsi  üçün mühüm hadisədir. Bu gün  Türkiyə və Azərbaycan medialarının vahid platormada birləşməsinə daha çox ehtiyac var”.

 

A.Quliyev  bu platforma çərçivəsində bizim medianın Türkiyə mediasından öyrənə biləcəyi müsbət təcrübələrə diqqət çəkib.

“Azərbaycan çap mediasının Türkiyə mediasının səviyyəsini fəth etməsinə çox var. Türkiyə mediasında “reket jurnalistikası, qeyri-peşəkarların müəyyən monopolist mövqedən çıxış etməsi, jurnalsit peşəkarlığı ilə bağlı nöqsanlarına rast gəlməmişəm. Bunlar Azərbaycan mediasında var. Eləcə də Türkiyə mediası istər onlayn, istərsə də çap mediası, audio-vizual sahədə böyük təcrübələrə malikdir.  Bu təcrübələrin öyrənilməsi Azərbaycan üçün önəmi ola bilər.  Eyni zamanda, bizim də Türkiyə mediasına verə biləcəyimiz  nailiyyətlərimiz var. Xüsusilə  Kütləvi İnformasiya Vasitələrinin  İnkişafına Dövlət Dəstəyinin Azərbaycan mexanizmi  Türkiyə üçün maraqlı ola bilər. Hazırda Türkiyə mediasına dövlət dəstəyinin gücləndirməsi,  yad təsirlərdən qorunmasına çox ciddi ehtiyac yaranıb”.

 

Millət vəkili Hikmət Babaoğlu bildirir ki, Vətən müharibəsi zamanı informasiyanın nə qədər güclü bir silah olduğunu  və Azərbaycan Prezidentinin bu silahdan düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdiyini gördük. 

 

 

Onun szölərinə görə, qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da artıracaq və ortaq media platforması yaradılacaq. Sənəddə əlaqələrin və qarşılıqlı anlaşmanın təmin edilməsində medianın rolu xüsusi olaraq önə çəkilir və bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu, çox mühüm məsələdir. Ona görə ki, qarşılıqlı dil, ünsiyyət anlaşması olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən də danışmaq olmaz”.

 

H.Babaoğlunun fikrincə, dolayısı ilə sənəddə elə bir ortaq ünsiyyət mühitindən danışılır ki, orada anlaşma problemi yoxdur və bu vəzifə kimi müəyyənləşdirilir. Millət vəkili  bu çağırışların bəzi media institutlarımız tərəfindən lazımi qədər diqqətə alınmadığına ttəssüflə yanaşıb.  O, xüsusən son dövrlərdə Azərbaycan televiziya kanallarında efirə verilən türk film və seriallarının Azərbaycan dilinə tərcümə edilməsini qınayıb.

 

“Bu, imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir. Belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyik? Bu, doğru deyil. Böyük Mirzə Ələkbər hələ öz dövründə buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək”, – deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir. Ona görə də fikrimcə, televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən filmlər, seriallar çəkməlidirlər”.

 

Hikmət Babaoğlu bu sənəddə öz əksini tapan məqsədlərin bütün mediamızın fəaliyyət proqramına çevriləcəyinə ümidvar olduğunu söyləyib. /“Həftə içi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı