Vaqif Mustafayevdən sonra onu dayandırdılar

13:50 09-02-2021 | icon 488 | KİV
Vaqif Mustafayevdən sonra onu dayandırdılar

“Space” televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan “Amaci” (Bu zalım dünyada doğulma) serialının yayımı dayandırılıb.

 

Versus.Az xəbər verir ki, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.

 

Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlərə səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.

 

Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.

 

2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, “Amaci” yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.

 

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev “Space” televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006-2021-ci illərdə bu vəzifəni icra edib. /Report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI