Öd daşını yaradan SƏBƏBLƏR

11:46 15-02-2021 | icon 692 | Sağlamlıq
Öd daşını yaradan SƏBƏBLƏR

Nərminə Abbasova: “Öd axarı tutulduqda qaraciyərin öd axarları genişlənir, orqanın həcmi böyüyür”

 

“Öd daşı xəstəliyi - öd kisəsində və və öd axarlarında daşların yaranması ilə xarakterizə olunur. Birinci halda xəstəlik xolesistolitiaz, ikinci forma isə xoledoxolitiaz adlanır. Daşlar öd piqmentlərinin, xolesterinin, bəzi növ zülalların, kalsium duzlarının çökməsi, ödün infeksiyalaşması, onun durğunlaşması, lipid mübadiləsinin pozulması nəticəsində yaranır. Xəstəlik sağ qabırğaaltı nahiyədə ağrı, öd sancısı, sarılıqla müşayiət edilə bilər. Belə vəziyyətlərdə cərrahi müdaxilə tələb olunur. Patologiya xolesistit, fistula, peritonitlə ağırlaşa bilir”.

 

Versus.Az-ın bugünkü mövzusu öd daşı xəstəlikləri ilə bağlı olacaq. Həmsöhbətimiz Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVAdır.

 

Nərminə Abbasova söhbət zamanı bildirdi ki, öd daşı xəstəliyi xolesterin və ya bilirubin mübadiləsinin pozulması səbəbindən hepatobiliar sistemdə öd sintezinin və sirkulyasiyasının normadan kənara çıxması nəticəsində yaranır. Onun sözlərinə görə, bu dəyişikliklər fonunda öd kisəsi və axarlarda daşlar - konkrementlər formalaşır:

 

“Patologiyanın təhlükəliliyi ölümcül ağırlaşmaların baş verməsi ilə bağlıdır. Xəstəlik qadınlarda daha çox qeydə alınır. Müalicə klinik qastroenterologiya və abdominal cərrahiyyənin mütəxəssisləri tərəfindən həyata keçirilir. Təbii ki, pasientlər üçün maraqlıdır ki, öd daşı xəstəliyi hansı səbəbdən yaranır. Bu üzdən öncə bu barədə ümumi məlumat vermək istərdim.

Öd komponentlərinin miqdar nisbətinin pozulduğu hallarda orqanizmdə sərt törəmələr, yəni çöküntülər əmələ gəlir. Zamanla onlar böyüyərək, daşa çevrilir. Xolelitiaza əsasən xolesterin mübadiləsinin pozulması zamanı rast gəlinir. Xolesterinlə zəngin öd litogen forma kimi qiymətləndirilir. Xolesterinin çoxluğu bir neçə amillərlə bağlıdır:

xolesterinin küllü miqdarda olduğu məhsulların həddindən artıq qəbulu və piylənmə; 

ödə daxil olan öd turşularının sayının azalması; 

fosfolipidlərin səviyyəsinin azalması. Qeyd edim ki, normada onlar xolesterin və bilirubinin bərkiyərək çökməsinin qarşısını alır.

Eyni zamanda, öd sirkulyasiyası sistemində durğunluğu da xolestrinin çoxluğu amillidir. Öd durğunluğu mexaniki və funksional xarakterli olur. Mexaniki forma ödün kisədən axınına maneənin yaranması səbəbindən baş verir. Funksional durğunluğa isə öd kisəsi və öd yollarının motorikasının pozulması gətirib çıxarır. Həmçinin öd daşı xəstəliyinin inkişafında infeksiyalar, biliar sistemin iltihabı, allergik reaksiyalar, autoimmun vəziyyətlər mühüm rol oynayır”.

 

 

Nərminə xanım bildirdi ki, öd daşı xəstəliyinin risk faktorlarına yuxarı yaş dövrü, xolesterin və bilirubin mübadiləsinə təsir edən medikamentlərin qəbulu, irsi meyllik, qidalanma pozğunluqları aiddir. Həkimin sözlərinə görə, çoxsaylı hamiləliklər, metabolik pozğunluqlar, mədə-bağırsaq sisteminin patologiyaları, postoperasion vəziyyətlər öd daşı xəstəliyinin yaranma ehtimalını artırır:

 

“Öd daşları ölçü və formasına görə fərqlənir. Onlara müxtəlif saylarda (1-100) rast gəlinə bilər. Lakin bütün daşlar əsas komponentə görə iki qrupda cəmləşir: xolesterin və piqment əsaslı. Xolestrin daşları sarı rəngdə olub, həll olmayan xolesterinlə mineral, bilirubin qarışığından ibarətdir. Daşların əksəriyyəti, yəni 80%-i xolesterin mənşəli olur. Bilirubin daşları isə tund-qəhvəyi, qara rənglidir. Onlar qaraciyərin funskional pozğunluqları, təkrarlanan hemoliz, öd yollarının infeksion xəstəlikləri zamanı öddə bilirubinin səviyyəsinin artması nəticəsində formalaşır”.

 

Həkim-terapevt öd daşı xəstəliyinin əlamətlərindən bəhs edərkən bildirdi ki, simptomlar daşların lokalizasiya və ölçüləri, iltihabi proseslərin ifadəliliyi, funskional pozğunluqlardan asılı olaraq təzahür edir. Həkim qeyd edib ki, öd daşı xəstəliyinin xarakterik ağrı sindromu – öd və ya qaraciyər sancısı sağ qabırğa altında qəfil yaranaraq, kəsici, deşici xarakter daşıyır:

 

 

“Bir neçə saatdan sonra ağrı tamamən öd kisəsinin proyeksiyasında cəmlənir. Ağrı kürəyə, boyun və sağ çiyinə irradiasiya edə bilir. Ürək nahiyəsinə yayılma bəzən stenokardiya törədir. Ağrı adətən qızardılmış, yağlı, ədəvalı qidaların, spirtli içkilərin qəbulundan, stressdən, ağır fiziki gərginlikdən, uzunmüddət əyilmiş vəziyyətdə çalışdıqdan sonra meydana çıxır. Ağrı sindromuna səbəb konkrementlərin qıcıqlandırıcı təsirinə reflektor cavab olaraq, öd kisəsi və axarların əzələ qişasının spazmı, eləcə də öd yollarının obturasiyası zamanı ödün yığılıb qalması ilə əlaqədar kisənin gərginləşməsidir. Öd axarı tutulduqda qlobal xolestaz baş verir: qaraciyərin öd axarları genişlənir, orqanın həcmi böyüyür. Bu isə dartılmış kapsulun ağrı reaksiyası ilə özünü büruzə verir. Belə tip ağrılar daimi və küt olub, adətən sağ qabırğa altında ağırlıq hissi ilə müşayiət edilir. Yanaşı gedən əlamətlərə ürəkbulanma və rahatlıq gətirməyən qusma aiddir. Qusma onikibarmaq bağırsağın məməcikətrafı nahiyəsinin qıcıqlanmasına orqanizmin cavabıdır. İltihabi proses mədəaltı vəzinin toxumalarını əhatə etdikdə qusma tez-tez təkrarlanır, qusuntu kütlələrində ödə rast gəlinir. İntoksikasiyanın dərəcəsindən asılı olaraq, bədən temperaturu subfebril rəqəmlərdən tutmuş yüksək qızdırmaya səviyyəsinə yüksələ bilər. Ümumi öd axacağının konkrementlə tutulması və Oddi sfinkterinin keçməməzliyi zamanı obturasion sarılıq və nəcisin rəngsizləşməsi müşahidə edilir”.

 

 

Həkim deyir ki, öd daşı xəstəliyinin ən çox rast gəlinən ağırlaşmaları öd kisəsinin iltihabı, öd yollarının konkrementlə obturasiyası sayılır. Mədəaltı vəzidə öd yollarının mənfəzinin tutulması kəskin biliar pankreatit törədə bilir. Eləcə də tez-tez rast gəlinən fəsadlar qismində öd axarlarının iltihabı – xolangit qeyd olunur:

 

“Qaraciyər sancısının simptomatikası ilə qarşılaşdıqda pasiyent qastroenteroloqun konsultasiyasına yönəldilir. Fiziki müayinə əsnasında öd kisəsində konkrementlərin yerləşməsinə dəlalət edən Zaxarin, Ortner, Merfi simptomları müəyyən edilir. Həmçinin öd kisəsi proyeksiyasında qarın divarı əzələlərinin gərginliyi, dərinin ağrılı olması üzə çıxarılır. Dəridə ksantenalar izlənilir, obturasion sarılıq üçün dəri və skleranın sarı-qəhvəyi rəngi xarakterikdir. Klinik kəskinləşmə dövründə qanın ümumi analizində qeyri-spesifik iltihab əlamətləri – leykositoz, EÇS-nin bir qədər yüksəlməsi aşkarlanır. Qanın biokimyəvi müayinəsində hiperxolesterinemiya, hiperbilirubinemiya, qələvi fosfatazanın yüskək aktivliyi təyin olunur. Xolesistoqrafiya zamanı öd kisəsinin həcminin böyüməsi, daşlar aydın görünür.  

Öd kisəsinin maksimal informativ və ən çox tətbiq olunan müayinə metodu qarın boşluğunun USM-dir. Ultrasəs müayinəsinin köməyilə daşları, kisənin divarlarının deformasiyasını, onun motorikasının dəyişməsini izləmək mümkündür. USM-də xolesistit əlamətləri aşkar formada nəzərə çarpır. Öd kisəsi və axarların vizualizasiyası öd yollarının KT və yaxud MRT vasitəsilə həyata keçirilə bilər. Ödün sirkulyasiyasında gedən dəyişiklikləri üzə çıxarmaq məqsədilə biliar sistemin sintiqrafiyası və ERXPQ (endoskopik xolangiopankreatoqrafiya) məsləhət görülür”.

 

 

Həkim-terapevtin sözlərinə görə, öd kisəsində tapılan daşlar ağırlaşma törətmədikdə spesifik müalicə tələb olunmur. Belə vəziyyətlərdə gözləmə taktikası kifayətdir. Onun sözlərinə görə, kəskin və ya xroniki kalkulyoz xolesistit zamanı daş əmələ gəlmənin mənbəyi sayılan öd kisəsi çıxarılır.

Həkim deyir ki, cərrahi müdaxilə orqanizmin vəziyyətindən, kisənin divarlarında və ətraf toxumalarda gedən patoloji dəyişikliklərdən, konkrementlərin ölçülərindən asılı olaraq, laparoskopik və ya açıq yolla icra edilir:

 

“Minimüdaxilə ilə aparılan xolesisektomiya ehtiyac yarandıqda açıq əməliyyata keçə bilər. Konkrementlərin ursodezoksixol və xenodezoksixol turşuları ilə əridilmə üsulu öd daşı xəstəliyini tamamən aradan qaldırmır. Zaman keçdikcə yeni daşlar yaranır. Konkrementlərin dağıdılmasının digər metodu zərbə dalğalı litotripsiyadır. Bu üsul tək sayda daş olduqda, həmçinin öd kisəsi və yaxud axarlarda kəskin iltihaba rast gəlinmədikdə aparılır. Proqnoz daşların əmələ gəlmə sürətindən, onların ölçülərindən və hərəkiliyindən birbaşa asılıdır. Əksər hallarda öd kisəsinin daşları ağırlaşmalarla nəticələnir. Bu zaman öd kisəsinin cərrahi yolla çıxarılması tam sağalma imkanı yaradır.

Profilaktik tədbirlərə yüksək xolesterinemiya, bilirubinemiya və öddə durğunluq yaradan amillərin uzaqlaşdırılması aiddir. Balanslaşdırılmış qidalanma, bədən çəkisinin normada saxlanılması, aktiv həyat tərzi metabolik pozğunluqların qarşısını alır. Biliar sistemin patologiyalarının erkən diaqnostika və müalicəsi öd stazının və öd kisəsində çöküntülərin formalaşma ehtimalını minimuma endirir. Daşların yaranmasına irsi meylliyi olan şəxslər öd ifrazı sisteminin vəziyyətinə və xolesterin mübadiləsinə xüsusi diqqət yetirməlidir.  

Öd kisəsində daş olduqda sancıların profilaktikası məqsədilə ciddi pəhriz, bədən kütləsinə nəzarət, kifayət miqdarda su qəbulu məsləhət görülür. Konkrementlərin öd kisəsindən axarlara keçmə ehtimalını azaltmaq üçün önə əyilmiş vəziyyətdə uzun müddət işləmək tövsiyə olunmur”.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova sizləri öd daşı xəstəliyindən müalicə olunmanız üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür