İki ali məktəbin akkreditasiyası aparılır

16:05 03-03-2021 | icon 347 | Təhsil
İki ali məktəbin akkreditasiyası aparılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi aparılır.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən “Özünütəhlil hesabatları” və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir.

 

Adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq Akkreditasiya Komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan Yekun Hesabatlar hazırlanaraq akkreditasiyaya dair yekun qərarın verilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...