Onlayn tədris proqramında yeni FUNKSIYA
Azərbaycanda daha çox onlayn tədris məqsədilə istifadə olunan “Microsoft Teams” servisində yeni funksiya işə salınıb.
“Kommersant” nəşrinin məlumatına görə, artıq proqram üzərindən min nəfərədək şəxsin iştirakı ilə interaktiv vebinarların keçirilməsi mümkündür.
Proqramda həmçinin vebinarlar üçün nizamlanan qeydiyyat, genişləndirilmiş təqdimat imkanları, çat və ya videonun söndürülməsi, eləcə də vebinar haqqında hesabatın hazırlanması funksiyaları da tətbiq olunub.
Əgər onlayn tədbirdə iştirakçıların sayı mindən çox olarsa, o zaman “yalnız baxış üçün” rejiminə keçməklə 20 minədək auditoriyanı əhatə etmək olar.
Qeyd edək ki, “Microsoft” sözügedən yenilikləri “Ignite 2021” sərgisi çərçivəsində nümayiş etdirib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"