Qəbul imtahanları ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.
Versus.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.
Təhsilin hazırki inkişaf səviyyəsi, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübələri, eyni zamanda mövcud pandemiya şəraitində imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi qəbul imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanınının bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutan qeyd olunan Qərarı qəbul olunub. Qərarda eyni zamanda, qəbul imtahanın bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"